EN

Anar Quliyev: Şəhərlər insanların rifahına xidmət etməlidir

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

“Biz son illər ərzində bu dialoqları ardıcıl şəkildə aparmışıq və bu Forumun keçirilməsi üzərimizdə böyük bir məsuliyyət yaradır".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində rəsmi açılış mətbuat konfransı zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Onun sözlərinə görə, bu, beynəlxalq ictimaiyyətin bizə göstərdiyi dərin etimadın və BMT-nin əsaslandırılmış proqramına verdiyi dəstəyin bariz göstəricisidir. Bizə böyük etimad göstərilib və biz bu etimadı doğrultmaq üçün bütün səylərimizi səfərbər etmişik.

"Mən qeyd etmək istəyirəm ki, bu Forum bizim əməkdaşlıq, dayanıqlıq, inklüzivlik və insan azadlığı prinsiplərinə əsaslanan fəaliyyətimizin mühüm bir mərhələsidir. Biz inanırıq ki, şəhərlər insanların rifahına xidmət etməlidir. Azərbaycan üçün bu Forum sadəcə beynəlxalq tədbir deyil – bu, həm də milli prioritetlərimizi, gələcəyə yönəlik vizyonumuzu və şəhər inkişafında həyata keçirdiyimiz transformasiyanı nümayiş etdirən bir platformadır”.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
bakivaxti.az

1Sources