Azərbaycan şəhərsalma ilə bağlı əməkdaşlığın gücləndirilməsinə sadiq qalır.
Missiya.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva WUF13 çərçivəsində baş tutan Yığıncaqlar Assembleyasının iclasda deyib.
Onun sözlərinə görə, WUF13 həm də siyasi töhfələr prosesidir:
"Şəhərlərin gələcəyi sadəcə hökumətin əlində deyil, hamının, bütün icmaların işidir. Şəhərsalmanın inkişafı bütün sektorların əl-ələ verməsi ilə baş tuta bilər".
Gülşən Rzayeva qeyd edib ki, bütün müzakirələr icra vəziyyətində olmalıdır:
"Ev sahibi ölkə kimi Azərbaycan qlobal səviyyədə qəbul olunan prinsiplərin praktik addımlara çevrilməsinin vacibliyinə güclü inanır. Dünya Yeni Şəhər Gündəliyinin icrasını dəyərləndirərkən və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səyləri sürətləndirərkən, ümid edirik ki, Bakıda keçirilən müzakirələr əhəmiyyətli töhfə verəcək".