EN

Türkiyədə mərc qalmaqalı: Tanınmış jurnalist həbs edildi

BAKI, 18 may. TELEQRAF

Türkiyədə tanınmış idman şərhçisi Rasim Ozan Kütahyalı qanunsuz mərc istintaqı çərçivəsində həbs olunub.

Teleqraf xəbər verir ki, mayın 14-də Adanada mərkəzləşdirilmiş şəkildə həyata keçirilən genişmiqyaslı əməliyyat zamanı saxlanılan jurnalist prokurorluqda ifadə verdikdən sonra məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Əməliyyat Adana mərkəz olmaqla ümumilikdə 21 vilayətdə aparılıb. İstintaq çərçivəsində “qanunsuz mərc oyunlarının təşkili”, “ağır dələduzluq”, “rüşvətxorluq” və “çirkli pulların yuyulması” kimi cinayət əməllərinin araşdırıldığı bildirilib.

Hüquq-mühafizə orqanları əməliyyatın hələ davam etdiyini və istintaqın gedişində yeni saxlanılmaların mümkün olduğunu açıqlayıb.

Chosen
17
6
teleqraf.com

7Sources