Bir neçə gün əvvəl itkin düşdüyü bildirilən tibb fakültəsinin 4-cü kurs tələbəsinin cansız bədəninin İstanbul Boğazında tapıldığı açıqlanıb.
AzEdu.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, ailəsi uzun müddət Zeliha Akkoyundan xəbər ala bilmədiyi üçün hüquq-mühafizə orqanlarına müraciət edib və itkin düşmə ilə bağlı axtarışlara başlanılıb.
Hadisə ilə bağlı prokurorluq və təhlükəsizlik qüvvələri tərəfindən geniş araşdırma başladılıb. Gənc tələbənin ölüm səbəbinin aparılacaq ekspertiza və məhkəmə-tibbi müayinələrdən sonra müəyyənləşəcəyi qeyd olunub.
Rəsmi qurumlar hadisənin bütün istiqamətlər üzrə araşdırıldığını bildirərək, yalnız rəsmi məlumatlara etibar olunmasının vacibliyini vurğulayıblar.