EN

Anar Quliyev: WUF13 son illər qurduğumuz milli dialoqların qlobal genişlənməsidir

WUF13-ə gedən yolumuz bu gündən çox əvvəl başlayıb. 2021-ci ildən etibarən Azərbaycan davamlı şəhər inkişafı üzrə dialoq üçün mühüm milli platformaya çevrilən milli şəhər forumlarını fəal şəkildə təşkil edir.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransındakı çıxışında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 milli koordinatoru Anar Quliyev deyib.

O qeyd edib ki, bu forumlar cəmiyyətin müxtəlif tərəflərini bir araya gətirib, şəhər və yaşayış məntəqələrinin gələcəyini müzakirə etməyə imkan yaradıb:

“Bu forumlar bizə milli koordinasiyanı gücləndirməyə, prioritetləri müəyyənləşdirməyə, təcrübə mübadiləsi aparmağa, siyasətlərimizi yeni şəhər gündəliyi və dayanıqlı inkişaf məqsədlərinin prinsiplərinə uyğunlaşdırmağa kömək edib. Daha da vacibi isə, bu forumlar inklüziv şəhər dialoqu mədəniyyəti formalaşdırdı. Burada müxtəlif səslər və müxtəlif sektorlar daha yaxşı şəhərlərin qurulmasına töhfə verdi. Bir çox mənada, həmin milli şəhər forumları WUF13-ə ev sahibliyi yolumuzun təməlini təşkil etdi. Onlar Azərbaycanın yalnız şəhər inkişafına deyil, həm də çoxtərəfli əməkdaşlığa, maraqlı tərəflərin iştirakına və praktik icraya sadiqliyini nümayiş etdirdi.

Bu gün WUF13nun Bakıda keçirilməsi həmin yolun təbii davamıdır, son illər ərzində qurduğumuz milli dialoqların qlobal genişlənməsidir”.

Chosen
16
apa.az

1Sources