EN

Braziliyalı iştirakçı: WUF13 şəhərlərin inkişafı, mənzil siyasəti və ekoloji məsələlər baxımından mühüm platformadır

Bakı, 18 may, AZƏRTAC

Bu forum çoxtərəfli əməkdaşlıq və təcrübə mübadiləsi üçün mühüm platformadır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən braziliyalı Karlos Krixtin deyib.

Rio-de-Janeyro yaxınlığında yerləşən Nipiras bölgəsinin Nasiri şəhərində inkişaf üzrə fəaliyyət göstərən yerli təşkilatda katib vəzifəsində çalışan Karlos Krixtin forumun şəhərlərin inkişafı, mənzil siyasəti, ekoloji məsələlər və urban inkişafın dayanıqlı planlaşdırılması baxımından böyük əhəmiyyət daşıdığını bildirib: “Sürətlə böyüyən şəhərlərin əsas çağırışlarından biri aztəminatlı ailələrin həssas vəziyyətinin aradan qaldırılmasıdır. Bu insanlar şəhər mərkəzlərindən çox uzaqda yaşaya bilməzlər. Onların iqtisadi həyata inteqrasiyası təmin olunmalıdır ki, şəhərin yaratdığı imkanlardan faydalana bilsinlər”.

O vurğulayıb ki, bu məsələdə əsas məsuliyyət dövlətlərin və yerli hökumətlərin üzərinə düşür: “Onlar mənzil təminatını yaxşılaşdırmalı, bunu yalnız sığınacaq kimi deyil, həm də insan ləyaqətini təmin edən yaşayış şəraiti kimi formalaşdırmalıdırlar. Bu proses dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir”.

Müxbir - Aynur Əlixanlı

Chosen
3
1
azertag.az

2Sources