EN

Konya bələdiyyə sədri: Şəhərsalma çərçivəsində problemlərin həll yolları ortaya qoyulmalıdır

Mənzil təminatının həyata keçirilməsi çərçivəsində məqsədimiz maliyyələşmə və institutlaşma prosesinə ciddi təsir göstərməkdir.

APA xəbər verir ki, bunu Türkiyənin Konya vilayətinin bələdiyyə sədri Uğur İbrahim Altay WUF13 çərçivəsində təşkil olunan "Assambleyaların Birgə Bağlanışı" zamanı bildirib.

Onun sözlərinə görə, hazırda mənzil təminatı əhalinin sosial gücünü artırmaqdadır.

"Məqsədimiz maliyyələşmə və institutlaşma prosesinə ciddi təsir göstərməkdir. Əməkdaşlıq da prosesə cəlb olunmalıdıır. Güclü əməkdaşlıq və koordinasiya aparılmalıdır", - Uğur İbrahim Altay qeyd edib.

O bildirib ki, şəhərsalma gündəliyinin yerinə yetirilməsi çərçivəsində problemlərin həll yolları ortaya qoyulmalıdır.

Chosen
36
3
apa.az

4Sources