EN

Ruandada soyqırım təşkil etməkdə təqsirləndirilən Felisyen Kabuga vəfat edib

Hollandiyada 90 yaşında Ruanda soyqırımını təşkil etməkdə təqsirləndirilən Ruanda iş adamı Felisyen Kabuga vəfat edib. Oxuməni.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti Haaqadakı Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalına istinadən məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Ruanda iş adamı xəstəxanada vəfat edib. Cinayət tribunalı üçün Beynəlxalq Qalıq Mexanizminin sədri Qrasiela Qatti Santana onun ölümünün səbəblərinin araşdırılması barədə sərəncam verib.

Bir vaxtlar Ruandanın ən varlı adamlarından biri olan Felisyen Kabuga soyqırım, soyqırım törətmək üçün sui-qəsd, soyqırıma təhrik etmə və insanlığa qarşı cinayətlərdə təqsirləndirilirdi. İstintaqın versiyasına görə, o, hutulara tutsiləri öldürməyə çağıran "Radio Tlvision Libre des Mille Collines" (RTLM, "Min Təpənin Azad Televiziya Radiosu") radiostansiyasının maliyyələşdirilməsində iştirak edib. İş adamı özünü təqsirli bilməyib.

Təqsirləndirilən şəxs uzun müddət cinayət təqibindən gizlənib. O, yalnız 2020-ci ildə Fransada saxlanılıb. Məhkəmə 2022-ci ildə Haaqada başlayıb, lakin 2023-cü ildə qeyri-müəyyən müddətə dayandırılıb. Hakimler Felisyen Kabuqanın vəziyyətinin prosesdə iştirakına imkan vermədiyinə qərar veriblər: iş adamı demensiya və Alzheymer xəstəliyindən əziyyət çəkirdi. Məhkəmə təqsirləndirilən şəxsi azadlığa buraxmaq barədə qərar çıxarıb. Ölüm anında o, onu qəbul etməyə hazır olan hər hansı bir ölkəyə köçürülməsini gözləyirdi.

Ruanda soyqırımı aprel-iyun 1994-cü il tarixləri arasında baş verib. 500 min ilə 1,1 milyon arasında insan həlak olub.

Almaz Həsənli

Chosen
32
1
oxumeni.az

2Sources