“Bu forumun keçirildiyi iki gün ərzində müxtəlif hava şəraiti müşahidə etdik”.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev WUF13-lə bağlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, iqlim dəyişikliyinin səbəbidir: “Mən Bakıda böyümüşəm, ömrümdə bu qədər yağış görməmişəm”.
"Cebheinfo.az"