EN

Şuşa və Trabzon şəhərləri qardaşlaşacaq

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyənin Trabzon şəhəri ilə Azərbaycanın simvol şəhəri sayılan Şuşa qardaşlaşacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç məlumat verib.

O qeyd edib ki, bununla bağlı iki şəhər arasında protokol imzalanacaq.

Bundan başqa, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) qatılan Ahmet Metin Genç çıxışında yaşayış hüququ ilə iqlim böhranının bir-birindən ayrı düşünülə bilməyəcəyini vurğulayıb.

Bələdiyyə sədri Trabzon nümunəsi misalında mənzillərin enerji istehlakı və karbon emissiyasına təsirinə diqqət çəkərək, dayanıqlı şəhərlər üçün aşağı karbonlu, fəlakətlərə davamlı və sosial ədaləti gücləndirən şəhər siyasətlərinin vacibliyinə işarə edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
8
cebheinfo.az

9Sources