EN

İngiltərə klubunda yeni oyunçu

“Brentford” heyətinə yeni futbolçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu “Zaltsburq”dan Yannik Şusteri transfer edib. 19 yaşlı müdafiəçi ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Sözləşmədə müddətin daha birillik uzadılmasının mümkünlüyünü nəzərdə tutan bənd də var.

Mərkəz müdafiəçisi bu mövsüm “Zaltsburq”un əsas heyətində möhkəmlənməyi bacarıb. O, bütün turnirlərdə 29 oyuna çıxıb və 1 qol vurub.

Chosen
16
1
football-plus.az

2Sources