EN

Anqolanın naziri: WUF13-də qazanılan təcrübə Afrika ölkələri üçün də faydalı olacaq

Bakı, 18 may, AZƏRTAC

Şəhərlərin üzləşdiyi əsas çağırışlardan biri sürətli urbanizasiya və mövcud infrastrukturun bu inkişaf tempinə tam uyğun olmamasıdır.

Bu barədə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Anqolanın ictimai İşlər, şəhərsalma və mənzil naziri Karlos Alberto Qreqorio dos Santos bildirib.

O, su təchizatı, sanitariya, mobillik və ətraf mühitin mühafizəsi sahələrində dayanıqlı infrastrukturun yaradılmasını urbanizasiyanın effektiv idarə olunması üçün vacib amil adlandırıb.

Nazir, həmçinin qeyd edib ki, bu cür beynəlxalq tədbirlər ölkələr arasında təcrübə və yanaşmaların mübadiləsi üçün böyük əhəmiyyət kəsb edir. O, WUF13-ün yüksək səviyyədə təşkilini vurğulayıb və bu tədbir zamanı qazanılan təcrübənin Afrika ölkələri üçün də faydalı olacağını bildirib.

Müəllif - Tamilla Məmmədova

Chosen
13
azertag.az

1Sources