EN

Yermak azadlığa çıxır: 140 milyon girov ödənildi

Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak üçün tam məbləğdə girov məbləği – 140 milyon qrivna (təxminən 3,2 milyon dollar) ödənilib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Ali Antikorrupsiya Məhkəməsi məlumat yayıb.

Bildiirlib ki, girov tam ödənildiyi üçün Yermak saxlanıldığı istintaq təcridxanasından buraxılacaq.

Qeyd edək ki, mayın 14-də məhkəmə Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermaka qarşı həbs qətimkan tədbiri seçmişdi.

Chosen
2
1
konkret.az

3Sources