Ajans.az xəbər verir ki, bu barədə Paris prokuroru Lor Bekko deyib. O bildirib ki, Fransa hakimiyyəti Epşteynin Parisdəki mənzili ilə bağlı təhqiqatı yenidən başlatmışdı: "ABŞ-da onunla bağlı sənədlərin dərcindən sonra prokurorlar potensial qurbanları ortaya çıxıb ifadə verməyə çağırıblar. İlin əvvəlindən 20-dən çox insan müraciət edib. Eyni zamanda, biz yeni qurbanları da tapdıq, onların sayı on nəfərdir".