EN

Onların hesabına pul köçürüldü Rəsmi rəqəmlər

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Cari ilin yanvar-aprel aylarında yeni doğulan minlərlə körpəyə görə birdəfəlik ödənişlər edilib. Dövlət Sosial Müdafiə Fondu artıq minlərlə ailənin hesabına vəsait köçürüb.Demokrat.az xəbər verir ki, bu barədə qurumun yaydığı rəsmi məlumatda bildirilir. Maliyyə dəstəyi vətəndaşların müraciəti gözlənilmədən, birbaşa proaktiv sistem üzərindən təyin olunaraq müvafiq hesablara köçürülüb. Ötən dörd ay ərzində ümumilikdə 28 830 uşağın anadan olmasına görə müavinət verilib.Rəsmi statistikaya əsasən, bu yardımlardan yararlananların 13 372 nəfərini qız, 15 830 nəfərini isə oğlan uşaqları təşkil edir. İnformasiya sistemlərinin avtomatlaşdırılmış iş rejimi sayəsində valideynlərin hər hansı quruma sənəd təqdim etməsinə ehtiyac qalmayıb.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
demokrat.az

1Sources