EN

Ramil Cahangirov: Pavilyonda Qarabağ və Şərqi Zəngəzurun inkişafı əks olunub

BAKI, 18 may. TELEQRAF

Azərbaycan pavilyonu öz stilinə görə Heydər Əliyev Mərkəzinin memarlığından ilhamlanaraq hazırlanıb.

Bunu Teleqraf-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov WUF13 çərçivəsində keçirilən tədbirdə deyib.

O bildirib ki, girişdə Azərbaycanın da rəmzlərindən biri olan çinar ağacı nəzərə çarpır.

"Bu pavilyon struktur olaraq keçmişdən gələcəyə doğru Azərbaycanın şəhərsalmaq, memarlıq, irsi, tarixi və layihələri ilə bağlı məlumat verir. Azərbaycanın təbii zənginliyi, təbii ehtiyatları, milli parklar barədə də məlumatlar da təqdim olunur.

Həmçinin pavilyonda mənzil siyasə məsələsi də vurğulanıb. , Bakının baş planı əsasında mövzulardan biridir. Onunla bağlı, qarşıda olan çağırışlar, layihələrlə bağlı da məlumat verilir.

Qarabağ və Şərqi Zəngəzura köçən, orada işləyən, təhsil alan şəxslərin sayı artıq 90-minə çatır. Pavilyonda Azərbaycanın dogər şəhərlərinə də yer verilib. Pavilyonun bir hissəsi isə turizm sektoruna həsr olunub. Pavilyon çərçivəsində tədbir məkanları da var, burada 20-dən çox tədbir keçiriləcək", - o vurğulayıb.

Chosen
18
teleqraf.com

1Sources