EN

Günün fotosu – Az idi qada-bəla, biri də gəlir - Ebola

Bu şəkil Uqandada çəkilib. Göründüyü kimi, adamın birini tatami döşəyinin arasına qoyub ambulunsa yükləyirlər.

Ona görə belə edirlər ki, “palazarası edilmiş” şəxs Ebola xəstəsidir və tibb işçiləri onunla təmasdan maksimum qorunurlar.

Uzaq Afrika ölkəsiindən gələn xəbərlərə görə, orada yeni Ebola epidemiyası başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı bir çox ölkələrə müraciət edib ki, öz mütəxəssislərini Uqandanın paytaxtı Kampalaya göndərsinlər.

Bəzi ölkələr yoluxma hallarının müəyyənləşdirilməsini sürətləndirmək və infeksiyanın yayılmasına nəzarəti gücləndirmək üçün Uqandaya diaqnostik test dəstləri bağışlamağa başlayıblar.

Bildirilir ki, yeni epidemiya Konqonun İturi əyalətində də baş qaldırıb və burada 246-dan çox yoluxma halı aşkarlanıb. Yoluxanlardan 88-i ölüb. Xəstəlik Uqandaya Konqodan sirayət edib – iki xəstə gəlib və özləri ilə ölüm gətirib.

Ebola Afrikanın başının bəlasıdır. Bu mərəz koronovirus kimi sürətlə yayılıb pandemiyaya çevrilməsə də, korun-korun közərən ocaq kimi heç cür sönükmək bilmir, vaxtaşırı epidemiyaya səbəb olur.
ÜST vəziyyətin beynəlxalq reaksiya tələb etdiyini vurğulayır, amma yoluxma halları hələlk pandemiya meyarlarına cavab vermir və güman ki, verməyəcək.

Ebola virusunun təbii sahiblərinin meyvə yarasaları olduğu bildirilir.

Virus insandan insana birbaşa təmas yolu ilə (zədələnmiş dəri və ya selikli qişalarla) keçir. Şəkildəki adamı bu səbəbdən təcili tibbi yardım başınına elə mindirlər.

Musavat.com

Chosen
17
musavat.com

1Sources