NATO-nun “Dynamic Mongoose 2026” adlı dəniz təlimi mayın 18-də Şimali Atlantika bölgəsində start götürəcək.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, NATO Hərbi Dəniz Qüvvələri Komandanlığının rəhbərliyi ilə keçirilən təlimlərdə Böyük Britaniya, Norveç, ABŞ, Kanada, Danimarka, Almaniya və Niderlanddan 10-dan çox hərbi gəmi, sualtı qayıq və dəniz patrul təyyarələri iştirak edəcək.
Bildirilib ki, əsas məqsəd müttəfiq qüvvələrin potensial sualtı təhdidlərə qarşı hazırlıq səviyyəsinin artırılması və sualtı qayıqlara qarşı döyüş bacarıqlarının təkmilləşdirilməsidir.
NATO açıqlamasında qeyd edib ki, təlimlər alyans qüvvələrinin koordinasiya və operativ imkanlarını gücləndirməyə xidmət edir.
“Dynamic Mongoose 2026” təlimlərinin mayın 29-dək davam edəcəyi bildirilib.
Aminə ŞAHSUVARQIZI