EN

Türkiyədə Azərbaycan mətbuatı haqqında məlumat dərc edildi

Ədəbiyyatda, xüsusən də musiqidə mahnının sözləri mənasında işlənən “Güftə” sözü Türkiyədə nəşr edilən ədəbi dərgilərdən birinin adıdır. “Güftə ədəbiyyat”ı 2022-ci ildə türk dili və ədəbiyyatı müəllimi, yazıçı Ayşə Ay təsis etmişdir.

Ədəbiyyatı, mədəniyyəti əhatə edən dərginin  redaktoru isə hekayələr ustası Vəli Aydır. O, qardaş ölkələrlə ədəbi-mədəni əlaqə çərçivəsində bütün türk dünyasının qələm adamları ilə əlaqə saxlayaraq dərginin səhifələrində onların yaradıcılığına yer ayırır.

Dərginin may ayı buraxılışında Azərbaycan mətbuatı haqqında ümumi məlumat verilib. Mətbuatımızın yaranmasından, vaxtilə nəşr edilən jurnallardan, onların inkişaf yolundan bəhs edən məlumatı “Güftə ədəbiyyat”a Azərbaycandan yazıçı, publisist Pərvanə Bayramqızı təqdim edir. Araşdırmaçı alimlərin məqalələrindən, müxtəlif internet resurslarından toplanan informasiya jurnalda mənbəyi göstərilərək dərc edilir. 

Xatırladaq ki, dərgidə yaradıcılığına mütəmadi yer ayrılan P.Bayramqızının bundan əvvəl də “Güftə ədəbiyyat”ın mart sayında verilən ədəbi nümunələr haqqında resenziyası dərc edilmişdi.

Chosen
33
1
adalet.az

2Sources