Rusiyanın Novosibirsk şəhərində yerləşən Tolmaçovo hava limanının gömrük postunda 58 yaşlı sərnişinin baqajından nadir mərcan aşkarlanıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, qadın Vyetnamdan Rusiyaya qayıdarkən “yaşıl dəhliz”dən keçib və üzərində bəyan edilməli məhsul olmadığını bildirib. Lakin rentgen yoxlaması zamanı onun baqajında qeyri-adi suvenir tapılıb.
Araşdırma nəticəsində məlum olub ki, həmin əşya pocilloporidae fəsiləsinə aid madrepor mərcanıdır. Bu növ nəsli kəsilmək təhlükəsi altında olan fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında CITES konvensiyasına daxildir.
Qanunvericiliyə əsasən, belə mərcanların xüsusi icazə olmadan Rusiyaya gətirilməsi qadağandır.
Sərnişin mərcanı şəxsi istifadə üçün gətirdiyini deyib.