EN

Çin ABŞ-dan 17 milyard dollarlıq kənd təsərrüfatı məhsulu alacaq

Çin 2026, 2027 və 2028-ci illərdə ən azı 17 milyard dollar dəyərində Amerika kənd təsərrüfatı məhsulları almağa öhdəlik götürüb.

Azpost.info bildirir ki, bu barədə Reuters agentliyinin bazar günü dərc olunmuş Ağ Evin məlumat vərəqindəki məlumatlara istinadən məlumat verib.

Ağ Evin açıqladığı məlumata görə, bu öhdəlik ötən həftə ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin arasında keçirilən görüşlər zamanı verilib.

Daha əvvəl Tramp Fox News-a verdiyi müsahibədə Çin prezidenti Si Cinpinin 200 Boeing təyyarəsi sifariş etməyə razı olduğunu bildirmiş və bu addımı Çin liderinin öhdəliyi adlandırmışdı.

AzPost.az

Chosen
34
azpost.info

1Sources