EN

Sabunçuda sexdə baş verən yanğın tam söndürülüb - YENİLƏNİB

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
Moderator.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb
 
Yanğın zamanı xəsarət alan olmayıb.
 
12:46
 
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.
 
Əlavə məlumat veriləcək.
 
12:31
 
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
 
Moderator.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.
 
Məlumatla əlaqədar əraziyə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
 
Əlavə məlumat veriləcək.
 
Chosen
3
28
moderator.az

10Sources