EN

Sabunçuda sexdə baş verən yanğın söndürüldü

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Sitat.info xəbər verir ki, məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı xəsarət alan olmayıb.

Chosen
4
28
sitat.info

10Sources