EN

Komron Niqmatov: “Bakıda keçirilən WUF13 urbanizasiya sahəsində ilin ən böyük tədbirlərindən biridir”

Komron
“Bakıda keçirilən bugünkü tədbir, mənim fikrimcə, urbanizasiya sahəsində ilin ən böyük tədbirlərindən biridir”. Bunu 1news.az-ın müxbirinə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan Urban Expo sərgisində öz pavilyonu ilə təmsil olunan Özbəkistan nümayəndəsi Komron Nigmatov bildirib.
Onun sözlərinə görə, forumda əsas diqqət urbanizasiya sahəsində toplanmış problemlərə, dayanıqlı mənzil və mənzil siyasəti məsələlərinə, eləcə də müxtəlif ölkələrin təqdim etdiyi yeni innovativ həllərin araşdırılmasına yönəlib. Komron Niqmatov vurğulayıb ki, Mərkəzi Asiya və digər ölkələrdən olan həmkarları tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edirlər. Burada müxtəlif yanaşmalar, ideyalar və üslublar təqdim olunur və Özbəkistan nümayəndəsi bunun hər kəs üçün çox faydalı olacağına əminliyini ifadə edib. O bildirib ki, forum yalnız müxtəlif ölkələrin təcrübəsini öyrənmək deyil, həm də UN-Habitat və aparıcı Avropa təşkilatlarının təklif etdiyi yeni həllərlə tanış olmaq imkanı yaradır ki, bu da gələcəyə yönəlmiş urbanistlər üçün xüsusilə vacibdir.

“Özbəkistan yaxın illərdə həyata keçirilməsi planlaşdırılan Yeni Daşkənd layihəsini təqdim edib. Layihə innovativ həllər və şəhər inkişafına müasir yanaşmaları özündə birləşdirir. Hazırda onun üzərində iş aparılır. Düşünürəm ki, forumun qonaqları layihə ilə tanış ola və bəlkə də özləri üçün faydalı ideyalar əldə edə bilərlər. Eyni zamanda biz də digər ölkələrin təcrübəsindən yararlana və burada - Bakıda qazandığımız bilik və təcrübəyə əsaslanaraq müəyyən düzəlişlər edə bilərik”, - deyə o bildirib.

Chosen
4
1news.az

1Sources