Beynəlxalq Gimnastika Federasiyası (FIG) Rusiya idmançılarına tətbiq olunan məhdudiyyətləri ləğv edib.
Publika.az xəbər verir ki, qurum onların turnirlərdə bayraq və himnlə iştirakına icazə verib.
Qərar Misirin Şarm əl-Şeyx şəhərində keçirilən icraiyyə komitəsinin iclasında qəbul olunub. Eyni zamanda, bütün məhdudiyyətlər Belarus idmançıları üçün də aradan qaldırılıb.
Xatırladaq ki, FIG 2024-cü ilin yanvarında rusiyalı gimnastların neytral status almaq şərti ilə federasiyanın himayəsi altında keçirilən turnirlərdə iştirakına icazə vermişdi. İndi isə həmin məhdudiyyətlər tamamilə götürülüb.