EN

"Sabah"ın futbolçusu ilə Xorvatiyanın tanınmış klubu maraqlanır

"Sabah"ın futbolçusu İvan Lepinitsa bu mövsüm komandasının uğurlarında əsas pay sahiblərindən biri oldu. Xorvat futbolçunun mövsüm boyu göstərdiyi sabit performans bir çox klubun da diqqətini çəkib.

Sportal.az saytına verilən məlumata görə, 26 yaşlı futbolçu istəyən klublardan biri “Hayduk”dur. 

Həmyerliləri Lepinitsanı bu mövsümkü performansına görə transfer siyahısına daxil edib. Split təmsilçisi yarımmüdafiəçinin keçidini həll etmək niyyətindədir.

Amma əldə etdiyimiz məlumata görə, İvan “Sabah”da qalmağa və bu klubla Çempionlar Liqasında iştirak etməyə daha çox fokuslanıb. Mövsümün sonunda “Hayduk”un “Sabah”a rəsmi müraciət edə biləcəyi gözlənilir. Lepinitsanın Azərbaycan çempionu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

O, “Riyeka”, “Zadar”, “Arminiya Bilefeld”, “Slaven Belupo” klublarında çıxış edib və 2024-cü ildə “Sabah”a keçmişdi.

 

saytlarin hazirlanmasi

Chosen
16
1
sportal.az

2Sources