EN

Mayın 19-da havanın temperaturu dəyişəcək

Bakıda və Abşeron yarımadasında mayın 19-u gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.Gecə və səhər duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 755 civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti, bəzi yerlərdə 20-24° isti olacaq.

Chosen
5
49
metbuat.az

10Sources