EN

Rosbax: Bakıda dayanıqlılıq ruhu ilə bir araya gəlmişik

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) iştirakçıları şəhərlərin gələcəyi ilə bağlı məsələləri dayanıqlılıq, qətiyyət və ortaq məqsəd ruhunda müzakirə edirlər.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimində BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) İcraçı direktoru Anna-Klaudiya Rosbax bildirib.

“Biz bu gün Bakıda dayanıqlılıq ruhu ilə bir araya gəlmişik. Şəhərlər üçün də məhz bunu istəyirik: dayanıqlılıq, qətiyyət və ortaq məqsəd hissi”, – deyə Anna-Klaudiya Rosbax qeyd edib.

Onun sözlərinə görə, son günlər Azərbaycanda müşahidə olunan güclü yağış və ildırımlı hava şəraitinə baxmayaraq, forum yüksək səviyyədə təşkil olunub.

UN-Habitat rəhbəri bildirib ki, iqlim böhranı, münaqişələr və məcburi köçkünlük fonunda bir milyarddan çox insan hələ də su, kanalizasiya, elektrik enerjisi, layiqli iş və təhsil kimi əsas xidmətlərə çıxış olmadan yaşayır.

O vurğulayıb ki, bu gün şəhərlərin qarşısında duran əsas vəzifə layiqli mənzili hamı üçün əlçatan etməkdir.

Anna-Klaudiya Rosbax əlavə edib ki, bir çox şəhərlərdə gənclər, yaşlılar, miqrantlar və yeni gələnlər mənzil əldə etməkdə çətinlik çəkir, sosial bərabərsizlik isə getdikcə dərinləşir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
3
cebheinfo.az

4Sources