EN

“Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir” - Yenilənib

“Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır”.
BUTA.TV” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı Qarabağın və Şərqi Zəngəzurun 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu xatırladaraq orada hərtərəfli miqyaslı dağıntılar olduğunu bildirib. Ziyarətçilərin Ağdamı Xirosimaya bənzətdiklərini də vurğulayan Prezident qeyd edib: “Biz onu “Qafqazın Xirosiması” adlandırırıq, çünki şəhər demək olar ki, mövcud deyil”. *** Dövlət başçısı qeyd edib ki, Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir.“Belə mühüm tədbir çərçivəsində bizim BMT-dən olan ekspertlərin dəstəyi və çoxsaylı qonaqların iştirakı ilə görüşümüz imkan yaradacaq ki, bir-birimizdən daha çox şey öyrənək, müsbət təcrübədən yararlanaq və həmçinin səhvlər haqqında danışaq”, - Prezident vurğulayıb.
Chosen
16
16
buta.tv

10Sources