EN

“Ölkədə mis istehsalı strateji əhəmiyyət kəsb edən sahələrindən birinə çevrilib” İqtisadçı

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

“Ölkədə mis istehsalı və xaricə satışı son illər ərzində qeyri-neft-qaz sektorunun ən sürətlə inkişaf edən və strateji əhəmiyyət kəsb edən sahələrindən birinə çevrilib. 2026-cı ilin yanvar-mart ayları ərzində Azərbaycanda 3 767.4 ton mis konsentratı istehsal edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7.1 dəfə çoxdur”.

Bunu 525.az-a iqtisadcı ekspert Pərviz Heydərov deyib. Ekspert bildirib ki, 2024-cü ildə xaricə 28 milyon dollarlıq mis və misdən hazırlanan məmulat satdığımız halda, 2025-ci ildə bu göstərici 38 milyon dollar təşkil edib. Cari ilin yanvar ayında xaricə 9 331 ton mis filizi və konsentratı ixrac edilib ki, bu da 2025-ci ilin yanvarı ilə müqayisədə 4.8 dəfə çoxdur. Təkcə bir ayın ixrac dəyəri 20.5 milyon dollar təşkil edib:

“Yeri gəlmişkən, bir ton misin orta ixrac qiyməti 2025-ci ilin yanvarında 1 229 dollara bərabər olduğu halda, 2026-cı ilin eyni ayında 2 196.58 dollaradək yüksəlib”.

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
62
525.az

1Sources