EN

Qaydaları saymayan sürücü yenə “iş başında”: Nömrəsiz “07” ilə “şou” göstərir VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxt küçələrində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına yazaraq ətraflı məlumat verib. Belə ki, 10-EY-367 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan günün qaranlıq saatlarında işıq cihazlarını sönülü vəziyyətdə idarə edib. Digər görüntülərdə isə işıq cihazlarından yalnız birini yandıraraq hərəkət etdiyi görünür.

Eyni zamanda o, avtomobilin konstruksiyasına müdaxilə edərək arxa yayları kəsib və ön hissəsini qaldırıb.

Şikayətçinin iddiasına əsasən, sözügedən şəxs Binəqədi rayonu ərazisində yaşayır və dəfələrlə cərimələnməsinə baxmayaraq, paytaxt yollarında təhlükəli manevrlər edərək “şou” göstərməyə davam edir.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
avtosfer.az

1Sources