EN

Aprel şəhidi Pəncəli Teymurovun "Milli Qəhrəman" medalı ailəsinə təqdim olunub - FOTO

BAKI, 18 may. TELEQRAF

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Aprel döyüşləri şəhidi Pəncəli Teymurovun ailəsinə ona verilmiş “Milli Qəhrəman” medalı təqdim olunub.

Teleqraf xəbər verir ki, Müdafiə Nazirliyində keçirilən təqdimat mərasimində nazirliyin nümayəndələri və hərbi rəsmilər iştirak ediblər.

Qeyd olunub ki, Pəncəli Teymurov Vətən uğrunda göstərdiyi şücaət və qəhrəmanlığı ilə Azərbaycan Ordusunun tarixində xüsusi yer tutur və onun xatirəsi daim böyük ehtiramla anılır.

Tədbirdə qəhrəmanın qardaşı və anası da iştirak edib. Ailə üzvləri şəhidin xatirəsinə göstərilən yüksək diqqət və dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.

Bildirilib ki, Aprel döyüşləri Azərbaycan hərb tarixində şanlı səhifələrdən biridir və Pəncəli Teymurov kimi igidlərin fədakarlığı gələcək nəsillər üçün örnək olaraq qalacaq.

Pəncəli Teymurov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Chosen
10
22
teleqraf.com

10Sources