EN

Hindistan nümayəndəsi: “Əminəm ki, forumun hər günü möhtəşəm keçəcək” – VİDEO

"Mən əminəm ki, forumun hər günü möhtəşəm keçəcək".

Bu sözləri Bizim.Media-ya açıqlamasında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Hindistan pavilionunun nümayəndəsi Vaijayanti Vithal Mahabale qeyd edib.

"Biz Hindistanın Mənzil və Şəhər İşləri Nazirliyinin tabeliyində olan təşkilatıq, şəhərlərdə mənzil və infrastrukturun maliyyələşdirilməsini təmin edirik.

Tədbir çox yaxşı təşkil olunub. Bizi burada qəbul etdiyiniz üçün təşəkkür edirəm. Azərbaycan çox gözəl ölkədir, insanlar bizimlə xoş rəftar edir. Biz hələ də buranı kəşf edirik. Cəmi ikinci gündür, amma əminəm ki, hər gün möhtəşəm keçəcək."


Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

Chosen
12
1
bizim.media

2Sources