EN

Məşhur qumarbazın var dövləti ortaya çıxdı

Lent az saytına istinadən ain.az xəbər verir.

Adı “qanunsuz mərc”, “çirkli pulların yuyulması”, “dələduzluq” və “rüşvət” iddialarında sıx-sıx hallanan və məsuliyyətə cəlb olunan türkiyəli iş insanı Rasim Ozan Kütahyalının istintaqı çərçivəsində saxlanılmasından sonra onun mal varlığı ilə bağlı məlumatlar gündəmə gəlib. 

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, istintaq materiallarında onun sahib olduğu avtomobillər və daşınmaz əmlaklar diqqət çəkib. Siyahıda aşağıdakılar yer alır:

• 2009-cu il modeli Jaguar markalı avtomobil 

• 1981-ci il model klassik avtomobil 

• 2013-cü il model Volkswagen 

• 2023-cü il model Chery 

• 1998-ci il model Range Rover 

• 2003-cü il model Range Rover 

• İstanbulun Sarıyer bölgəsində mənzil 

• İzmirin Göztepe bölgəsində mənzil 

• Üsküdar Çengelköydə yerləşən “Sultan Makamı” yaşayış kompleksində 50 faiz paylı bağ ev tipli dubleks mənzil 

İddialara əsasən, Kütahyalı mobil telefonunun şifrəsini hüquq-mühafizə orqanları ilə paylaşmayıb. 

Digər tərəfdən, Kütahyalının məhkəmədə azadlığa buraxılmasını istədiyi də qeyd olunub. O, həyat yoldaşının hamilə olduğunu, övladlarının isə mediada yayılan xəbərlərə görə psixoloji təzyiq yaşadığını deyib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
34
lent.az

1Sources