EN

Avtomat transmissiyanı sıradan çıxaran vərdiş

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bu səhvə əsasən mexaniki transmissiyadan sonra avtomat ötürməyə keçən sürücülər yol verirlər.

Avtosfer.az xəbər verir ki, bir çox sürücü svetoforda dayandıqda və ya maşını qısa müddətə saxladıqda ötürmələr qutusunun dəstəyini N rejiminə keçirir. Bu zaman sistemdə təzyiq azalsa da, detallar fırlanmağa davam edir. Nəticədə, sürət qutusu qızır və aşınır.

Müasir avtomatik transmissiya mühərrikin iş rejimindən çox asılıdır. D rejimində nasos yağı yüksək təzyiqlə çilədiyi üçün bütün detallar soyuyur. N rejimində isə nasos dayansa da, dişli çarxlar ətalətlə fırlanır və aşınır. Səbəb yağ aclığının yaranmasıdır.

Ekpertlər sürücülərin daha bir yanlış vərdişinin də avtomat transmissiyanı sıradan çıxardığı qənaətindədirlər. Onların fikrincə, svetoforda vaxtaşırı D və N rejimlərinə keçmək hidravlik sistemə əlavə yük yaradır. Friksion üzlüklər sürətlə aşınır.

Avtomat ötürməli transmissiyalı maşının üzüaşağı ətalətlə idarə edilməsinə gəlincə: ekspertlər bildirirlər ki, bu yolla yanacağa qənaət etmək barədə danışılanlar əfsanədən başqa bir şey deyil. Ən əsası isə, bu cür idarəetmə bütün ölkələrin qanunvericiliyində qadağandır və maşının nəzarətdən çıxması ilə nəticələnə bilər. 

Bəs elə isə neytral rejim nəyə lazımdır?

N rejimi sırf servis məqsədlidir. Maşını evakuatora yükləmək, texniki xidmət mərkəzi ərazisində yerini dəyişmək, yaxud hansısa qulluq üçün bu funksiya əvəzedilməzdir. N rejimi bir çox texniki proseduru maşına zərər vermədən yerinə yetirməyə imkan verir.

Vüqar Yaşaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
avtosfer.az

1Sources