Bakı Slavyan Universitetinin (BSU) Müasir Dillər layihəsi çərçivəsində Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə birgə təşkilatçılığı ilə Lənkəran şəhərində Xarici Dil Müəllimlərinin III Regional Forumu keçirilib.
"Unikal" xəbər verir ki, forum Lənkəran-Astara Regional Təhsil İdarəsiinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin bir qrup xarici dil müəllimlərini, təhsil mütəxəssislərini və akademik heyəti bir araya gətirərək müasir tədris yanaşmalarının müzakirəsi üçün mühüm platforma rolunu oynayıb. Tədbir çərçivəsində xarici dil tədrisinin aktual problemləri, innovativ metodların tətbiqi və müəllim hazırlığının keyfiyyətinin artırılması məsələləri geniş müzakirə olunub.
Forumda çıxış edən BSU-nun rektoru Anar Nağıyev bildirib ki, universitet əsasən pedaqoji kadr hazırlığı istiqamətində fəaliyyət göstərsə də, onun fəaliyyəti daha geniş spektri əhatə edir. Rektor qeyd edib ki, BSU-da 11 dil üzrə müxtəlif ixtisaslarda kadr hazırlığı həyata keçirilir.
Anar Nağıyev vurÄŸulayıb ki, Regional Xarici Dil MüəllimlÉ™ri Forumunun É™sas mÉ™qsÉ™di xarici dil müəllimlÉ™rinin mÉ™ktÉ™blÉ™rdÉ™ daha effektiv vÉ™ sÉ™mÉ™rÉ™li fÉ™aliyyÉ™t göstÉ™rÉ™ bilmÉ™si üçün mövcud ehtiyacları müəyyÉ™nləşdirmÉ™kdir.Â
Rektor qeyd edib ki, bu görüşlər vasitəsilə ümumtəhsil məktəblərində çalışan müəllimlərin müasir dövrün tələbləri, tədris texnologiyaları və ehtiyac duyulan bilik-bacarıqlarla bağlı fikirlərinin öyrənilməsi nəzərdə tutulur.
Anar Nağıyev forum çərçivəsində müəllimlərlə ali təhsil müəssisələri arasında davamlı əməkdaşlıq və peşəkar şəbəkələşmənin formalaşdırılmasının vacibliyini də diqqətə çatdırıb.
Çıxışında müəllim peşəsinin cəmiyyətdəki roluna da toxunan rektor Azərbaycan müəlliminin ölkənin inkişafında mühüm missiya daşıdığını vurğulayıb. O qeyd edib ki, müəllimlərin yetişdirdiyi gənclər dövlətin gələcəyinin qurulmasında mühüm rol oynayırlar və müəllimlər bu məsuliyyətli vəzifəni böyük peşəkarlıq və fədakarlıqla yerinə yetirirlər.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov çıxışında forumun keçirilməsinin əhəmiyyətini qeyd edərək, belə platformaların müəllimlərin peşəkar inkişafına və tədris keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini bildirib.
Daha sonra forum çərçivÉ™sindÉ™ LÉ™nkÉ™ran-Astara Regional TÉ™hsil İdarÉ™sinin tabeliyindÉ™ fÉ™aliyyÉ™t göstÉ™rÉ™n ümumtÉ™hsil mÉ™ktÉ™blÉ™rinin bir qrup xarici dil müəllimi çıxış edÉ™rÉ™k öz fikir vÉ™ tÉ™kliflÉ™rini sÉ™slÉ™ndirib.Â
Tədbir qarşılıqlı müzakirələr ilə davam edib.