"Biz Bakıda keçirilən Dünya Şəhərsalma Forumunda Qazaxıstan pavilyonunu təmsil edirik. Biz Astana Urbanizm Mərkəzini təqdim edirik. Şirkətimiz 2020-ci ildə açılıb. Biz Astanada baş planlaşdırma, şəhər dizaynı və dizayn kodu üzərində işləyirik və təcrübəmizi digər şəhərlərlə bölüşürük".
Bunu Ölkə.Az-a açıqlamasında Astana Şəhər İcra Hakimiyyətinin Şəhər Araşdırmaları Mərkəzinin şöbə rəhbəri Bəxtiyar Mikenov deyib.
Bakıda keçirilən WUF 13-ü yüksək qiymətləndirən Mikenov Astanın öz təcrübələrini Bakı ilə də bölüşməyə hazır olduğunu deyib:
"Biz həmçinin müxtəlif beynəlxalq təşkilatlarla və BMT-nin UNDP (BMT-nin İnkişaf Proqramı), UNDRR (BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisi) kimi qurumları ilə əməkdaşlıq edirik. Biz onların təcrübəsini öyrənməyə, onu Astanaya uyğunlaşdırmağa çalışırıq. Həmçinin şəhərin piyadalar üçün daha rahat və dözümlü olmasına çalışırıq və bu ideyanı Qazaxıstanda bölüşürük.
Bildiyiniz kimi, Astana yeni paytaxtdır, yeni şəhərdir və hazırda tikilməkdə olan çoxlu fərqli, yeni məhəllələrimiz var. Biz urbanizm mərkəzi olaraq yeni landşaft baş planlarını hazırlayırıq və dizayn edirik. Biz beynəlxalq şirkətləri, beynəlxalq memarlıq bürolarını bu baş planların dizaynına dəvət edirik. Biz həmçinin öz ideyalarımızı Bakı ilə bölüşə bilərik. Müxtəlif sahələrdə əməkdaşlıq və birgə iş görməyə açığıq. Lakin ən əsası odur ki, Astananın Bakı ilə bölüşə biləcəyi və ona təqdim edə biləcəyi təcrübə yeni ərazilərin, yeni zonaların inkişaf etdirilməsi və bunun insanlar üçün necə daha rahat ola biləcəyidir".
BillurÉ™ Yunus
