Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.
Memarlıq - insanın həyat və fəaliyyəti üçün məkan mühitini əmələ gətirən bina və qurğular sistemidir. Bu bina və qurğuların gözəllik qanunlarına uyğun olaraq yaradılması sənətidir. Monumental memarlıqla bərabər tarix boyu xalq memarlığı da inkişaf edib. Mənsub olduğu xalqın həyat tərzini və estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub.
Memarlığın tarixi
Memarlıq tarixinin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət, Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misaldır.
Azərbaycanda Qobustanda aşkar edilmiş ən qədim yaşayış yerləri (mağaralar, müxtəlif primitiv sığınacaqlar və s.) ilə yanaşı, meqalit memarlıq abidələri - kromlexlər, menhirlər (çoban daşı), dolmenlər və siklop tikililəri geniş yayılıb. Hündür daşlardan quraşdırılmış bu qurğular el arasında "qalaça", yaxud "hörükdaş" adlanır. Naxçıvan şəhərinin yaxınlığındakı Çalxanqala (Tunc dövrü) və Arpaçay sahilindəki Qaratəpə divarındakı Oğlanqala (e.ə. II-I minilliklər) müdafiə tikililəri siklop tikililərə aid edilir. Güney Azərbaycanın ərazisində, Araz yaxınlığında da qala tikililəri (Bastam, Danalı, Qalaoğlu və s.) aşkar edilib.
Azərbaycan ərazisində e.ə. IX-VII əsrlərdə şəhərlər əmələ gəlib, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Həsənli rayonunda abidələr kompleksi, Urmiya gölü sahilindəki qayalarda çapılmış sərdabələrin tədqiqi göstərir ki, Azərbaycanda VII əsrdən eyvanlı mənzil tipi təşəkkül tapmışdır. Həmin dövrün digər memarlıq qurğularından yeganə dini tikili olan od mehrabları dövrümüzə kimi gəlib çatmışdır.
VII əsrdən Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişmişdir. Memarlıqda yeni tipli binaların - məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt olmuşdur. Bu dövrdə islam dini ilə bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları inşa edilmişdir. Bunlardan indiki İsmayıllı rayonu ərazisində Cavanşir qalası (təqribən VII əsr), Qazax rayonunun Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (V-VIII əsrlər), Qəbələ rayonundakı Böyük Əmirli kəndində (IV-VIII əsrlər) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta əsrlər), Dağlıq Qarabağın Xocavənd rayonunda alban kilsəsi (I əsr) və s. diqqəti cəlb edir.
Şamaxı rayonu
Azərbaycanda şəhərsalma mədəniyyətinin ən qədim mərkəzlərindən olan Şamaxı şəhəri Azərbaycan Albaniya dövlətinin ən iri yaşayış məskənlərindən biri idi. Tarix boyunca davam edən dəhşətli zəlzələlər zamanı təkrar-təkrar yerlə-yeksan olmuş və dəfələrlə yerini dəyişmiş Şamaxının arxeoloji qazıntılar zamanı ən qədim yerini müəyyən etmək mümkün olmasa da, antik müəlliflərinin yazılı məlumatları və Şamaxı şəhəri yaxınlığındakı Xınıslı qazıntılarının nəticələrinə görə Şamaxı şəhərinin ən azı 2500 il yaşı vardır.
Xalqımıza Xaqanilər, Nəsimilər, Seyid Əzim Şirvanilər, Abbas Səhhətlər, habelə onlarla digər böyük mütəfəkkirlər, maarifçilər bəxş etmiş və dahi Sabiri yetirmiş Şamaxı Azərbaycanın ən böyük mədəniyyət mərkəzlərindən biridir.
Bu gün Şamaxı özünün böyük intibah dövrünü yaşayır. Ulu Öndərin və Prezident İlham Əliyevin gündəlik qayğısı sayəsində Şamaxı özünün tarixi ənənələrini saxlamaqla müstəqil Azərbaycanın ən müasir sənaye, kənd təsərrüfatı və mədəniyyət mərkəzinə çevrilmişdir.
Şamaxı şəhərinin mərkəzi hissəsindəki “İmamlı” küçəsində yerləşir. 4 imam Zeynalabdinin övladlarından biri – Əlləma Seyid Məhəmməd Saleh əl-Müdərrisin məzarı üzərində tikilmişdir. Həyətində həmçinin, uzun müddət burada axundluq etmiş, tanınmış Seyid Mirmehdi ağa Seyidəli oğlu 1911 ildə torpağa tapşırılmışdır. Əsası 1370 ildə qoyulmuş, 1910-17 illərdə Zivər bəy Əhmədbəyovun layihəsi əsasında yenidən tikilmişdir. Ümumiyyətlə isə onun beş dəfə tikildiyi ehtimal edilir. 1991 ildə Hacı Elşən Rüstəmovun təşəbbüsü ilə yenidən bərpa edilmişdir.
Şamaxı r-nun Quşçu kənd qəbirstanlığındadır. Türbənin içərisində 3 məzar var. Birinci məzar Ağaların, ikinci məzar Şeyx Ağanın, üçüncü məzar isə Şeyx Ağaxanın məzarıdır. Hər üç məzar ziyarətgahdır. Qəbiristanlıqdakı ikinci ziyarətgah isə bu nəslin davamçılarından olan Şeyx Ağacan babanın türbəsidir. Türbələr Şeyx Ağacan babanın övladı Hacı Əliəvəzin köməyi ilə 1993 ildə inşa edilmişdir.
1993-94 illərə aid olan türbə Şamaxı r-nunun Çarhan kənd qəbiristanlığındadır. Türbədə dəfn edilən Şeyx Balahəmid sağlığında insanların dərdinə əlac etmişdir. Şeyxin ulu babaları Şeyx Həsən nəslindəndir. Şeyx Balahəmid Çarhan kəndinə 1930-40 illərdə köçmüş, 1992 ildə vəfat etmişdir. Məzarın üstündəki türbə şeyxin oğlu Həmid Paşanın vəsaiti hesabına ucaldılmışdır. Türbənin inşa edilməsində Çarhan kənd sakinləri usta Ağaxan və Ağaveyisin böyük zəhməti olmuşdur.
Qaleybuğurd – Azərbaycanda orta əsrlərə aid qala. Şamaxı şəhərindən 20 km şimal-qərbdə Qalaybuğurt kəndi yaxınlığındakı dağın zirvəsindədir. Arxeoloji qazıntılar Buğurt qalasında 11-13 əsrlərdə yaşayış olduğunu göstərir. Qalada bəzi divar və bürclərin, yaşayış məntəqələrinin xarabalığı qalmışdır. Mənbələrdə 15 əsrin sonundan adı çəkilir. 1509 ildə I Şah İsmayıl Şirvana hücum edəndə Şirvanşah Şeyxşah Buğurt qalasında müdafiə olunmuşdur. 1537 ildə Şirvanda baş vermiş üsyan zamanı Şirvanşah Şahrux və saray əyanları qalada gizlənməyə məcbur olmuşdu. 1538 ildə Səfəvi qoşunları Әlqəs Mirzənin başçılığı ilə Şirvana hücum edir. Buğurt qalasına çəkilən Şahrux və vəkil Hüseyn bəy bir neçə ay Səfəvilərə müqavimət göstərə bilirlər. Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurt bugurd-qalasi2qalasında saxlanılırdı. Səfəvi-Osmanlı müharibələri zamanı osmanlılar bu qalanı ələ keçirib özlərinin dayaq məntəqələrindən birinə çevirmişdilər. Qaladan 17 əsrin axırlarına kimi müdafiə məqsədi ilə istifadə olunmuşdur.
Azərbaycanda tarixi yer. Şamaxı r-nunda Gülüstan qalası yaxınlığında, indiki Sabir qəsəbəsi ərazisində idi. “Cabani” sözü Azərbaycanda fəaliyyət göstərmiş türkdilli tayfanın adı ilə əlaqədardır. 1500 ildə gələcək Səfəvi hökmdarı İsmayılın başçılıq etdiyi qızılbaş qoşunu Cabanidə baş vermiş döyüşdə Şirvanşah Fərrux Yasarı məğlubiyyətə uğratmışdı. 1546/47 ildə qardaşı Әlqas Mirzənin qiyamını yatıran I Şah Təhmasib (1524-76) yay fəslini Cabanidə keçirmişdi.
Öz forma və quruluşuna görə müxtəlif istiqamətli olur. Başqa qəbirlərdən fərqli olaraq bu qəbirlərin əksəriyyəti dağ üstündə və ya dağ döşündə yerləşir. Belə yerlər əsasən subasarlardan qorunmaq məqsədilə seçilirdi. Xınıslı yaşayış yerində tədqiq edilmiş daş qutu qəbirləri eramızın 4-7 əsrlərinə aid edilir
Yerli əhali bu piri Piri-Sultan Dədəgünəş adlandırır. Dədəgünəş türbəsi 1602-03 illərdə tikilmişdir.
Məqbərədən tapılmış kitabəyə görə məqbərə Dədəgünəş nəslindən Şeyx Dədəqulunun oğlu Şeyx Məhəmmədə məxsus olmuşdur. Zəngin təbiəti və müalicə suları ilə məşhur olan Dədəgünəşdə rəvayətlərə görə orta əsrlərdə məşhur elm mərkəzlərindan biri yerləşmişdir. Mənbələrə görə, Dədəgünəş məşhur Azərbaycan şairi Əfzələddin Xaqaninin əmisinin ləqəbi olmuşdur.
Qobustan şəhəri yaxınlığında orta əsr Şirvan-Abşeron memarlığına aid türbə. Abidə xalq arasında “Diribaba piri” adlanır. Türbə 1402 ildə qayada oyulmuş mağarada əhəngdaşıdan tikilmişdir.Türbənin cənuba baxan bir fasadı vardır; o biri tərəfləri isə qayanın içindədir. İki mərtəbəlidir.
Birinci mərtəbə səkkizguşəli günbəzli kiçik dəhlizdən və onun yanındakı çatma tağtavanlı otaqdan, ikinci mərtəbə isə üzəri naxışlarla bəzənmiş tromp dayaqlı günbəzi olan kvadrat formalı böyük salondan ibarətdir. Salona birinci mərtəbənin dəhlizindən ensiz daş pilləkən qalxır. Salon qayanın daxilindəki balaca bir mağara ilə birləşir. Ehtimala görə mağarada türbənin memarı basdırılmışdır.Tromplardan birinin üstündə qalan kitabədə türbənin memarının atasının adı yazılmışdır (“…ibn ustad Hacı” – “Ustad Hacının oğlu”). Kitabənin bir hissəsi ovulub töküldüyündən memarın adı oxunmur. Türbənin yazıları Təbrizdəki Göy məscid yazılarına yaxındır. Türbənin bəzi hissələri stilizə edilmiş nəbati ornamentlərlə bəzədilmişdir. Diribaba türbəsində dini ayinlər icra edilirdi. Türbənin mərtəbələri arasındakı hissədə Şirvanşah I İbrahimə məxsus kitabə olmuşdur. Orijinal memarlıq forması, mütənasibliyi, dekorativ bəzək elementlərinin zərifliyi, ətrafdakı təbii mənzərə ilə əlaqələndirilməsi və s. keyfiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının ən maraqlı abidələrindəndir. Səyyah və alimlərdən Adam Oleari, Kornelius de Bruin (17əsr), B. Dorn (19 əsr) və b. Diribaba türbəsi haqqında məlumat vermişlər. Sovet hakimiyyəti illərində bərpa edilmişdir.
İlk orta əsr abidəsi. Şamaxı rayon mərkəzindən 15 km cənub-şərqdə, Gümüşlü yaşayış yerindən 800 m aralıda yerləşir. Yaşayış yeri şimal tərəfdən Çarhan, qərb istiqamətində Nüydü kəndləri, cənubdan Ləngəbiz sıra dağlarının şimal aşırımları, şərqdən isə müasir Dağ Bağırlı kəndi ilə həmsərhəddir.
Abidənin sahəsi 5 hektara yaxındır. Döyrə yaşayış yerinin cənub-şərqində bol su mənbələri, qaynama bulaqlar vardır. Qaynamaların bəzilərinin yaxınlığında vaxtilə bulağın üst hissəsinin hörgüsündə istifadə olunmuş tikinti materialları (daş parçaları) və su tünglərinin qalıqları vardır. Bunlar orta əsrlərdə Döyrə yaşayış yerinin su ilə təmin edilməsi üçün xüsusi su təchizatı qurğularının inşa edildiyini göstərir. Kəndin ərazisindəki münbit şabalıdı torpaqlar, yaşayış yerindən təqribən 10-12 km cənubda yerləşən Küdrü qışlaqları, 15-20 km şimaldakı yay otlaqları, eləcə də yaşayış yerində təsadüf edilmiş asteoloji qalıqlar və su mənbələri burada yaşamış əhalinin əkinçilik və maldarlıqla məşğul olması haqqında fikir söyləməyə əsas verir. Abidəyə yaxın məsafədən keçən “Dərə yolu” və “Tat yolu” adlı karvan yolları qonşu regionlarla, həmçinin Qafqaz Albaniyasının müxtəlif bölgələri ilə tiçarət əlaqələrinin olduğunu söyləməyə imkan verir. Döyrə yaşayış yeri ərazisinin böyüklüyünə, yaxınlığından keçən qədim ticarət yollarına, əlverişli strateji mövqedə salınmasına, burada aşkar olunmuş müxtəlif tip və vəzifəli maddi-mədəniyyət nümunələrinə əsaslanaraq şəhər tipli yaşayış məskəni sayılır. Əldə olunmuş maddi-mədəniyyət nümunələrinin təhlilinə əsasən Döyrə yaşayış yeri 3-8 əsrlərə aid edilir. Görünür, ərəblərin işğalı ilə əlaqədar burada yaşayış kəsilmiş, onun salamat qalmış sakinləri qonşu Gümüşlü yaşayış yerinə köçmüşlər.
Yeddi günbəz türbələr kompleksi
Kompleks Azərbaycan memarlığının XIX əsrə aid nadir nümunələrindəndir. Yeddi günbəz sadəcə daşdan inşa edilmiş məzarlar toplusu deyil, eyni zamanda, Şirvan xanı Mustafa xanın ailəsinə və nəslinə aid tarix kitabəsidir. Kompleksə daxil olan yeddi türbə 1816-1865-ci illərdə tikilib. Türbələr Azərbaycan memarlıq ənənələrinə uyğun olaraq səkkizbucaqlı formada, yonulmuş daşlardan inşa edilib.
Buradakı türbələrdə Mustafa xanın anası Bibixanım bəyimin, xanın həyat yoldaşları Asiya bəyim və Xan Bikənin, oğlu Azad xanın adları qeyd olunub. Türbələrdən birinin üzərində isə usta Tağının adı əbədiləşdirilib. Bu, həmin dövrdə memarlıq sənətinə və sənətkarlara göstərilən yüksək hörmətin bariz nümunəsidir.
Yeddi günbəz türbələr kompleksi həm memarlıq, həm də tarixi baxımdan böyük maraq doğurur. Bura təkcə tarixçilər üçün deyil, həm də Şamaxının qədim irsini yaxından tanımaq istəyən turistlər üçün maraqlı ziyarət yeridir.
ŞAXƏNDAN
Şamaxıda görkəmli şəxsiyyətlərin dəfn olunduğu qəbiristan. Ehtimala görə, 15 əsr böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin qardaşı şair Şaxəndan (Şahxəndan, Şah-i xəndan) burada dəfn olunmuş və qəbiristan da onun adı ilə adlanmışdır. Seyid Əzim Şirvaninin məzarı da Şaxəndandadır.
Şamaxı şəhərinin üç kilometrliyində yerləşən Gülüstan qalası yerli əhali arasında “Qız qalası” kimi də tanınır. Yazılı mənbələrdə qala haqqında məlumat VIII əsrə aiddir. Ərəb tarixçisi Təbəri yazırdı ki, 733-cü ildə ərəb sərkərdəsi Müslim ibn Əbdulməlik Şirvana hücum zamanı Qız qalasını tutaraq dağıdıb.
2011-ci ildə qalada aparılan arxeoloji tədqiqatlar zamanı Bizans imperatoru I Konstantinin (306-337) adından zərb edilmiş 4 nüsxə bənzətmə mis sikkə aşkar edilib. Bu tapıntı qalanın daha öncələrdən mövcud olmasından xəbər verir.
Mənbələrə əsasən, 1025-ci ildə Yəzid ibn Əhmədin oğlu atasına qarşı üsyan qaldırıb və üsyan yatırıldıqdan sonra o, Gülüstan qalasına sığınıb. 1123-cü ildə qala Səlcuq sultanı Mahmud tərəfindən tutulub.
Bir müddət sonra qala Şirvanşah II Məniçöhrün (1120-1149-cu illər) bacısı Şahbanu tərəfindən bərpa edilib.
1222-ci ildə Şirvanşah I Gürşasb monqol dəstələrinin hücumu zamanı öz ailəsi ilə Gülüstan qalasında sığınacaq tapıb. XIII-XV əsrlərdə Şirvana olan hücumlar zamanı Şirvanşahlar Gülüstan qalasında müdafiə olunublar. 1500-cü ildə Şah İsmayıl Xətainin Gülüstan qalasını tutmaq cəhdləri uğursuz olub. Şirvanşah Fərrux Yasarın döyüşdə öldürülməsindən sonra qalanın əhəmiyyəti azalıb. Şirvan hakimləri təhlükə zamanı Bəyqurd qalasında müdafiəyə çəkiliblər. 1562-ci ildə tarixi mənbələrdə Gülüstan qalasının I Təhmasib tərəfindən dağıdılması bildirilir.
XVI-XVII əsrlərdə Səfəvi-Osmanlı müharibələri zamanı Şamaxını tutmuş Osmanlı sərkərdələri qalanı bərpa edərək içərisində qarnizon yerləşdiriblər.
1938-ci ildə Gülüstan qalasında arxeoloji araşdırmalar aparılıb. 1967-ci ildə abidədə tədqiqatlar davam etdirilib və Narınqala hissəsində dörd otaq və dəhlizin divarları üzə çıxarılıb. 2011-ci ildə Şamaxı arxeoloji ekspedisiyası tərəfindən qalada yenidən arxeoloji qazıntı və tədqiqat işləri aparılıb. Qazıntı zamanı qala divarlarının və evlərin bünövrələri, qəbirlər, su təchizatı sisteminin qalıqları, 17 təndir, saxsı qablar, kaşı, daş kitabələr, silah və əmək alətləri, bəzək əşyaları, sikkələr və s. aşkar olunub.
Memarlıq baxımından unikal tikililərdən hesab olunan qala divarları və bürclər ustalıqla yonulmuş əhəngdaşından inşa edilib. Bir sıra tikililərdə bişmiş kərpic və kaşıdan da istifadə olunub.
2019-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Şirvanşahlar dövrünə aid qala tikililərinin dolğun maketini qurmaq məqsədilə Avstriya şirkəti tərəfindən Gülüstan qalasının qalıqlarının skan çəkilişi aparılıb və qalanın 3D modeli hazırlanıb.
“Cümə məscidi”
Azərbaycanın Şirvan bölgəsi, tarixdən və arxeoloji qazıntılardan bəlli olduğu kimi, çox zəngin memarlıq irsinə malikdir. Elmi ədəbiyyatlarda Şirvan memarlıq məktəbi kimi tanınan bu mədəni proses dövrümüzə qədər mühafizə olunan Bakı, Qobustan, Dərbənd, Qəbələ abidələrində özünü təzahür etdirməkdədir. Şirvanşahlar dövlətinin siyasi və mədəni mərkəzi olan Şamaxı şəhəri Azərbaycanın ən aktiv seysmik zonasında yerləşdiyindən oradakı abidələr tarix boyu dağıntıya uğrayıb. Ən güclü zəlzələ 1902-ci ildə Şamaxını və ətraf yaşayış məskənlərini yerlə yeksan edib. Bu zəlzələ nəticəsində islam aləminin ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi də xarabalığa çevrilib. Zəlzələdən sonra Tiflisdə yaradılan xüsusi komissiya Şamaxıda işə başlayıb. Həmin dövrdə komissiyanın üzvü ixtisası geoloq olan şahzadə Şahqulu Qacar məscidin kitabəsini oxuyub və onun hicri 126-cı (miladi 743) ildə inşa edildiyini bildirib. Hətta bu barədə E.N. Marçenko 1902-ci ilin aprel ayında Peterburqda Mülkü Mühəndislər Cəmiyyətində məruzə edib.
1909-cu ildə tanınmış memarlar İ.K. Ploşko və Z. Əhmədbəyov tərəfindən məscidin qədim plan strukturu saxlanılmaq şərti ilə Mavritan üslubunda yeni layihəsi hazırlanıb. Əvvəlkindən fərqli olaraq yeni məscidin qarşısında 44,8 metr uzunluğunda və 8,5 metr enində böyük eyvan inşa edilib. Həm də üç hissədən ibarət olan iş məkanının örtüyü dəyişdirilərək böyük metal konstruksiyalı günbəzlərlə əvəz edilib. Əslində isə yan otaqların içərisində daha dörd sütun və bu sütunlar üzərində nisbətən kiçik günbəz və tağlı tavanlar olubmuş. Qeyd olunan sütunların qalıqları 1979-cu ildə aparılan şurf qazıntısı nəticəsində aşkar edilib.
Günbəzin kiçik ölçüləri zəlzələdən sonra çəkilmiş fotolarda da görünməkdədir.
1918-ci ilin mart-aprel aylarında erməni daşnaklarının ölkəmizdə həyata keçirdiyi soyqırımı və talanlar zamanı dünyanın ən qədim məscid nümunələrindən olan Şamaxı Cümə məscidi də yandırılıb.
1979-cu ildə Xüsusi Elmi Bərpa İstehsalat İdarəsi tərəfindən məscidin ayrı-ayrı hissələri bərpa edilib. 2010-2013-cü illərdə isə Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi olan məscid və onun ətrafında regenerasiya işləri aparılıb.
İsmayıllı rayonu
Qız qalası
Azərbaycan ərazisində “Qız qalası” adlandırılan çoxsaylı abidələrdən biri də İsmayıllı rayonunun Xanagah kəndindədir. Kəndin yaxınlığında, "İsmayıllı" dövlət yasaqlığının ərazisində yerləşən bu qülləli qalanın digər qız qalaları kimi müdafiə məqsədilə tikildiyi güman edilir.
VII əsrə aid edilən ölkə əhəmiyyətli memarlıq abidəsi olan qala Axox çayının sağ sahilində sərt yamaclar və sıldırım qayalarla əhatələnmiş dağın üstündə tikilmiş müdafiə istehkamıdır. Divarları daşdan hörülən tikilinin bəzi yerləri kərpiclə üzlənib. Ümumiyyətlə, abidənin inşasında daşdan və bişmiş kərpicdən, eləcə də kirəc məhlulundan istifadə olunub.
Abidənin şimal hissəsində sahəsi 300 kvadratmetr olan terrasda "iç qala"dan Talıstan kəndi yaxınlığında yerləşən Cavanşir qalasına yeraltı yolun olduğu güman edilir. Qalaya yolun bir hissəsini avtomobillə, təxminən bir kilometrini isə piyada getmək olar.
Abidənin ön istehkamın uzunluğu 28,6 metr, hündürlüyü 7,7 metrdir. Qalınlığı 1,8 metr olan bu sədd dərənin ağzını qapayırmış. Səddin ortasında üstü tağşəkilli darvaza yerləşirdi. Səddi keçdikdən sonra Qarasu dərəsi ilə şimala doğru qalxdıqca sağ tərəfdəki sıldırım qayalıqdakı boşluqları qapayan qala divarlarının qalıqları görünür. Abidənin şimal küncündən başlayaraq qala divarları həm şərq, həm də qərb yamacı boyunca uzanaraq onu dövrəyə alır.
Ümumi sahəsi 1,5 hektara yaxın olan qalanın planı mürəkkəb formalıdır. Sahəsi 300 kvadratmetr olan narınqala üst terrasda yerləşməklə hakim mövqeyə malikdir. O, qalanın şərq divarı ilə hüdudlanır, digər tərəflərdən isə sərt enişə ayrılır.
Niyal qalası
Azərbaycan ərazisində ən qədim qalalardan biri də Niyal qalasıdır. Mütəxəssislər abidənin inşa tarixini Erkən Orta əsrlərə – VI, bəzi mənbələrdə VII-VIII əsrlərə, hətta eramızdan əvvələ aid edirlər.
Qafqaz Albaniyası dövründə tarixi Girdiman vilayətində tikilən qala İsmayıllı rayonunun Lahıc qəsəbəsindən cənubda, Girdiman çayının sol sahilində, Niyal dağında yerləşir. Abidə adını da elə bu dağdan alıb. Lahıcdan sərt meşə yoxuşu ilə qalxıb bu müdafiə qalasına çatdıqda tikilinin strateji baxımdan əlverişli mövqedə yerləşdiyi məlum olur. Buradan nəinki Lahıc, qədim Girdiman vilayətinin geniş əraziləri, eləcə də bir qədər yüksəkdən cənubda Kür çayınadək, qərbdə Qəbələyədək, şərqdə isə Şamaxıyadək ərazilər aydın görünür. Bu, qalanın mövqeyi baxımından həm də müşahidə məntəqəsi olduğunu deməyə əsas verir. Belə bir mürəkkəb relyef şəraitində çaydaşından və kirəc məhlulundan istifadə olunmaqla tikilən Niyal qalasına əsas yol Lahıcdan olsa da, Sulut və Fit dağı tərəfdən də sərt dağlıq ərazilərdən keçməklə yetişmək olar.
Dəniz səviyyəsindən təxminən 1800 metr yüksəklikdə yerləşən qalanın divarlarının hündürlüyü bəzi yerlərdə 12 metrə çatır. Ölkə əhəmiyyətli tarix yadigarı olan bu nadir memarlıq nümunəsinin cəmi iki divarı, bir neçə bürcü və bəzi hissələri günümüzə qədər gəlib çatıb. Hətta bu qalıqlar istehkamın vaxtilə möhtəşəm tikili olduğunu göstərir.
Niyal qalası istiqamətində fayton yolu olub. Sonuncu Şirvan xanı Mustafa xan da qaladan müdafiə məqsədilə istifadə edib. Ona görə bu abidə eyni zamanda “Mustafa xan qalası” da adlanıb.
Cavanşir Qalası
İsmayıllı rayonu ərazisindəki qədim tarixi abidələrin böyük əksəriyyəti Qafqaz Albaniyası dövrünə aiddir. Albaniya tarixinin son dövrləri onun əsas vilayətlərindən olan Girdiman və tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır.
Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən indiki İsmayıllı rayonun Talıstan kəndi ərazisində tikdirilən qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. VI-VII əsrlərin yadigarı olan qalanı Mehranilər sülaləsinə məxsus hökmdarlar idarə ediblər.
Ölkə əhəmiyyətli memarlıq abidəsindən bir qədər aralı, qalaya gedən yolun üstündə “Səngər yeri” adlı kiçik düzənlik var. Bu yerin xüsusiyyətindən və adından məlum olur ki, qalaya olan hücumların qarşısı burada alınıb. Burada ciddi müqavimətlə qarşılaşan, xeyli qüvvə itirən düşmən qalaya hücumu tam gücü ilə davam etdirə bilməyib.
Qalanın ümumi sahəsi 1,5-2 hektardır. Qala kirəc məhlulu ilə çay daşından tikilib. Qalanın qərb divarları isə uçulmuş halda olsa da, qala müdafiə xüsusiyyətini özündə saxlayıb. Qalada diametri 8 metrə çatan 6 bürc var. Qala üç tərəfdən Ağ çayın dərin keçilməz dərəsi ilə əhatə olunub. Qalaya giriş yalnız cənub tərəfdən olub və Burada eni 2,5 m olan darvaza yeri aydın görünür. Cənub divarlarının qalınlığı 2, hündürlüyü isə 10 metrdən çoxdur. Divarların üstündə bir-birindən təxminən 0,5 m aralı daraqvarı dişlər olub. Divarları möhkəmləndirmək məqsədilə bürclər tikilib. Bürclər cənub tərəfdə dördkünc, digər tərəflərdə isə dairəvi formadadır.
Cavanşir qalası əsas hissə və iç qaladan ibarətdir. Düzgün olmayan çoxbucaqlı ilə iç qala dağın ən hündür yerində tikilib. Qalanın şimal qurtaracağında eni 2 m, uzunluğu isə 50 m olan divar çıxıntısı var. İç qalanın divarları daha çox dağıntıya məruz qalıb. Qalanın şimal qurtaracağında baş müşahidə məntəqəsi yerləşir. Oradan “Səngər yeri” və ümumiyyətlə, qalaya gələn yollar aydın görünür. Qalanın şimal-şərq tərəfində gizli yol olub. Bu da uzun çəkən mühasirə zamanı qalanın xarici aləmlə əlaqə saxlamasına imkan verib. Cavanşir qalası sonrakı əsrlərdə də müdafiə əhəmiyyətini qoruyub saxlayıb. Çox güman ki, qalanı heç vaxt düşmən qüvvələr ələ keçirə bilməyib. Qalada döyüş zamanı olan dağıntı izlərinə rast gəlmək olmur.
Qaladan təqribən 7 km məsafədə, İsmayıllı rayonunun Xanagah kəndi ərazisində yerləşən “Qız qalası”na yeraltı yolun olması güman edilir.
Buzxana - yeni aşkar olunmuş memarlıq abidəsidir.
Sulut kəndindən 2 km aralıda, kəndin şimal-qərbində qıcalıq adlanan sahədə qədim abidələrdən olan Buzxana abidəsi yerləşir. XIV-XVIII əsrlərdə tikildiyi bildirilir. Buzxana Sulut çayının sağ sahilində, Haram çayının isə sol sahilində yerləşir. Ərazidə heç bir arxeoloji qazıntı işləri aparılmamışdır.
Buzxana adı ilə məlum olan bu tikilidən bir zamanlar hansı məqsəd üçün istifadə edildiyini demək çox çətindir. XVIII əsrdə Fit şəhərinin Şirvanşahların paytaxtına çevrilməsindən sonra şahın iqamətgahı Şamaxı şəhərindən Haram qalasına köçürülmüşdür. Onu da qeyd edək ki , Haram qalasının özü də Şirvanşahlar tərəfindən inşa olunmuşdur. Buzxana abidəsi Haram qalasından 1,5 km aralıda yerləşir. Bunu da belə əlaqələndirirlər ki, Buzxana Şirvan şahının, onun ailə üzvlərinin və əyanlarının ərzaq anbarı olmuşdur. Buzxananın yerləşdiyi ərazi və onun ətrafı münbit düzənlikdir. Bu ərazidən nə zamansa əkinçilik və ya meyvə bağı kimi istifadə olunması şübhə doğurmur.
Bu ərazilər və Mustafa xanın bu ərazilərdə yaşaması barədə Azərbaycan Memarlar İttifaqının üzvü, memar Məhəmməd Nurməmmədovun “Girdiman qalaları” adlı kitabında qeyd edilmişdir.
Hal-hazırda abidənin tavan hissəsinin hər iki tərəfi təbii fəlakət nəticəsində yararsız hala düşmüşdür. Abidənin içərisində mövcud olan üzlənmiş çay daşı hissələri uçmaqdadır. Yerli sakinlərin sözlərinə görə, abidənin dağılmasına səbəb insanların qızıl tapmaq məqsədilə burada qazıntılar aparmasıdır.
Hal-hazırda da bu ərazi sakinlərin bağ sahələri kimi istifadə olunur.
2014-2017-ci illər ərzində dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələr siyahısında nəzərdə tutulsa da, indiyə kimi buzxanada konservasiyası, qismən bərpası işləri, turizm məqsədlərinə uyğunlaşdırlması və tədqiqat işləri aparılmamışdır.
Cümə məscidi
İslam memarlığının bariz nüməsi olan İsmayıllı şəhər Cümə məscidi - İsmayıllı şəhərinin Aşağıbaş adlanan məhəlləsində yerləşir. Hicri-qəməri təqvimi ilə 1303-cü ildə ( 1882-ci il ) kənd ağsaqqalları, dindarları və ziyalılarının təşkilatçılığı ilə məscidin tikilməsi haqqında təşəbbüs irəli sürülmüş, camaatın köməkliyi ilə inşa edilmişdir. Xeyriyyəçi insanlar və kənardan gələn insanlar bu məscidin tikilməsinə köməklik göstərmiş və tikilərək istifadəyə verilmişdir. Dindarlar və ağsaqqallar əslən Kürdəmirli olan Məmmədəmin əfəndini məscidə əfəndi təyin etmişlər. Məscid öz axarı ilə fəaliyyətinə başlamışdır. O zamanlar məscidin həyətində iki otaqlı mədrəsə və dəstəmaz almaq üçün dairəvi formada çarhovuz olmuşdur.
1918-ci ildə erməni-müsəlman məsələsi ortaya çıxmış, mənfur ermənilər məscidin minarəsini dağıtmış və məscidi yandırmışlar. Lakin məscid ilahi hikmət olaraq qalmış və yanmamışdır. Təəssüflər olsun ki, məscid Sovetlər dövründə - 1937-ci ildən 1988-ci ilə qədər məktəb, hərbi kazarma, həbsxana və anbar kimi istifadə edilmişdir.
1989-90-cı illərdə burada təmir-bərpa işləri aparılmış və məscid istifadəyə verilmişdir. Daha sonra sovet quruluşu meydana çıxmış, 1929-cu ildə kalxozlaşma başlamışdır. Beləliklə məscid bağlanmış və hökümət tərəfindən nümayəndələr gələrək dindarları və ziyalıları siyasi məhbus kimi tutmuş və məscidi həbsxanaya çevirmişlər. Məscid bir neçə müddət həbsxana kimi faəliyyət göstərmişdir. Sonradan isə məscid binası kolxoz tərəfindən taxıl anbarı elan edilmiş və bir neçə müddətdən sonra anbarın da yeri dəyişdirilmişdir. 1943-45-ci illərdə məsciddən hərbi düşərgə kimi istifadə olunmuşdur.
Fitdağ
XVIII əsrə aid Abidə İsmayıllı rayonunun ən qədim kəndlərindən biri olan Sulut kəndindən şimalda geniş ərazini əhatə edən dağ yamacında, dəniz səviyyəsindən 1810 m yüksəklikdə Fit dağının zirvəsində yerləşir. Qala Şamaxı şəhərinin şimal-qərbində, 35 km-lik məsafədə Sulut və Basqal kəndlərinin yaxınlığındakı Fit dağında olmaqla bərabər, bu dağ özü də hər tərəfdən əlçatmaz Lahıc dağları, cənubdan və şərqdən Haram dərəsi, qərbdən Niyal dağ silsiləsi, şimaldan Baş su ayrıcı, cənub-qərbdən isə Mücü çayına baxan sıldırım qayalıqlarla əhatə olunmuşdur. Bu dağlar silsiləsi məşhur Babadağ, Niyal dağı və nəhayət Qafqaz sıra dağlarına söykənir. Bu yerlərə keçmişdə insan ayağı nadir hallarda dəyə bilərdi. İlk vaxtlar bu yerlərə ov etməyə və ya giləmeyvə tədarükünə gələn qədim insanlar, müəyyən zaman keçdikdən sonra orada özünə sığınacaq və istehkamlar yaratmalı olmuşlar. Erkən orta əsrlər dövründə xaricdən olan basqın və hücumların artması ilə ətrafdakı yaşayış məntəqələrinin əhalisinin dağlara, o cümlədən Fit dağına çəkilməsi prosesi həyati zərurətə çevrilmişdir. Bax, elə o zamandan yerli sakinlər tərəfindən Fit dağında ilkin müdafiə sədləri yaranmışdır.
Buna görə də təsadüfi deyil ki, XIX əsrin axırları və XX əsrin əvvəllərinə qədər nəinki Fit qalası, hətta Fit dağının özü də coğrafi xəritələrdə qeydə alınmamışdır.
Fit qalasının nə zaman tikilməsi barədə dəqiq məlumat yoxdur. Bəzi tədqiqatçılar burada hələ XI-XII əsrlərdə müdafiə qalası olduğunu ehtimal edirlər. Fit qalası barəsində orta əsr mənbələrində də müəyyən məlumatlara rast gəlmək mümkündür.
X əsrə aid anonim mənbə olan “Hüdud əl-aləm” əsərində Şamaxıdan və Niyal qalasından bir fərsəng məsafədə daha möhkəm bir qala vardır. Şahın zindanı oradadır. Bu məlumatda iki məqam diqqəti cəlb edir.
1. Niyal qalasından bir fərsəng məsafədə olan yeganə qala Fit qalasıdır. Fit qalası barədə əlimizdə olan məlumatın bir hissəsi də Şirvan xanlığı dövrünə, yəni XVIII-XIX əsrlərə aiddir. Bu dövrə aid məlumatlardan birində deyilir ki, Şirvan xanı Mustafa xan Fit qalasına üç arşın enində divar çəkdirmişdi. Bu işə Şirvan xanı Mustafa xan 3 min adamı cəlb etmişdir.
2. Qalada şahın zindanı olduğu barədə məlumatdır. Xatırladaq ki, Fit qalasında ətraf kəndlərin sakinlərinin bu gün də “zindan” adlandırdığı yer mövcuddur. Görünür, oradakı “meydan” və “qanlı qaya” adı ilə məlum olan yerlər də Fit qalasının ən azı X əsrdən daha əvvəlki dövrə aid olduğundan xəbər verir.
1945-ci ildə Fit qalasını tədqiq etmiş Ə. Salamzadə isə qeyd edir ki, qala, yaşayış məntəqəsinin qala divarları ilə əhatə olunmuş mərkəzi hissəsidir. Tədqiqatçı, fikrini Fit qalası ətrafında çoxlu sayda tikililərin olması ilə əsaslandırır. F. Fituni isə yazır: “Qala divarlarının mərkəzində sonuncu Şirvan xanı Mustafa xanın sığınacağı olmuş qəsr yerləşir. Qəsr o hesabla tikilmişdir ki, hətta qalanın aşağı hissələri ələ keçirilsə də, əhali və xan ailəsi onun içində uzun müddət sığınacaq tapa bilsin. Qəsrin xarabalıqları onun əvvəlki möhtəşəmliyini yaxşı nümayiş etdirməsə də, tamamilə dağılmış çox otaqlı tiklinin qalıqlarını görmək mümkündür. Ehtimal ki, bu, Şirvan xanının ehtiyat sarayıdır. Yerli əhali qala içindəki həmin tikilini “Divanxana” adlandırır”.
Girdiman qalası
Qala bir millətin, xalqın mübarizə, qəhrəmanlıq, mərdlik simvoludur. Bir yerdə qala varsa, deməli, oranın xalqı, yurdu, vətəni uğrunda canından keçib, döyüşüb, düşmənlə mübarizə aparıb və dogma torpaqları gələcək nəsillərə miras qoya bilmişdir. Bu baxımdan Azərbaycan xalqı çox xoşbəxtdir, çünki ölkəmizin dörd bir tərəfində müxtəlif dövrlərə aid qalalar ucalır.
Azərbaycan ərazisində ən qədim qalalardan biri də, Qafqaz Albaniyası dövründə tarixi Girdiman vilayətində tikilən Girdiman qalası İsmayıllı rayonunun Lahıc qəsəbəsindən 3 km cənub-qərb istiqamətində, Girdiman çayının sol sahilində, Niyal dağı Silsiləsinin şimal-şərq yamaclarında və yüksək dağ çəmənliklərində yerləşir. Həmçinin qala Lahıc və Basqal kəndlərinin arasında, strateji baxımdan olduqca əlverişli bir ərazidə yerləşir.
Lahıc Azərbaycan Respublikasının dilbər guşələrindən biridir. Lahıc qəsəbəsi ölkənin şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında, dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşən şəhər tipli qəsəbədir. Qəsəbənin coğrafi mövqeyi və zəngin tarixi, arxitekturası və tarixi abidələri, yerli əhali arasında təşəkkül tapmış sənətkarlıq sahələri və s. Niyal dağından Lahıcın ümumi görünüşü məkanı Azərbaycan çərçivəsində və bir çox xarici ölkələrdə tanıtdırmışdır. Lahıc Girdiman çayının sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən yaxşı müdafiə olunması üçün imkan yaratmışdır.
Yazılı mənbələrdə Azərbaycan ərazisində yerləşən qalalar arasında həm Girdiman qalası, həm də Niyal qalası adlarına geniş rast gəlinmişdir. Əksər tədqiqatçılar mənbələrdə qeyd olunan bu adların iki müxtəlif qalaya aid olduğunu ehtimal edirlər. Qalanın XVIII əsrə aid olduğu güman edilir.
Girdiman qalasının tarixindən danışarkən ilk növbədə Qafqaz Albaniyası haqqında mötəbər mənbə sayılan Moisey Kalankatuklunun yazdığı “Albaniya tarixi” əsərinə müraciət olunmalıdır. Həmin əsərin XIII fəslində müəllif Arşakilər sülaləsini əvəz etmiş Mehranilər sülaləsindən danışarkən, “...Girdiman qalasını 3 il ərzində tikən cəsur Vardan...” haqqında məlumat verilmişdir. Vardan Mehranilər sülaləsinin banisi Mehranın nəticəsivə Cavanşirin ulu babası olmuşdur. Görkəmli alim Ziya Bünyadovun nüfuzlu rəyinə görə, Vardanın hakimiyyəti illəri təqribən 570-ci illərə təsadüf edir. Deməli, Moisey Kalankatuklunun qalanın inşası ilə bağlı qeyd etdiyi məlumatı nəzərə alsaq, cəsur Vardanın hakimiyyəti dövrünü təxmini olsa da qalanın inşa edildiyi tarix saymaq olar.
Girdiman qalası ərazisinin böyüklüyünə və quruluşuna görə regionun başqa məlum qalalardan fərqlənir. Buranın təbii şəraiti, su ehtiyatı, əkin və otlaq üçün yararlı torpaq sahələri qalanın ərazisində çoxlu sayda insanın uzun müddətli müdafiəsi və daimi yaşayışı üçün əsas şərt olmuş, hələ qədim dövrlərdən insanları buraya cəlb etmiş və qala tikmək üçün stimul vermişdir.
Gümbəz ( Sərdabə )
XVIII əsrə aid memarlıq abidəsi olan Günbəz ( Sərdabə)İsmayıllı rayonununPirəbilqasım kəndi ərazisində, rayon mərkəzindən 16 km şərqdə, İsmayıllı-Basqal şossesindən 3 km cənubunda yerləşir. Əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.
Kəndin tarixi çox qədimdir. Bunu kənddəki yüksək keyfiyyətli memarlıq üslubunda tikilmiş səkkiz guşəli Gümbəz ( Sərdabə ) öliya adlanan tikili və kənddən 3 km şimalda yerləşən e. ə. III-I əsrlərə aid edilən nekropol da təsdiq edir. Bu tikili Əbilqasım piri adlandırırlar. Kəndin adı da buradan götürülmüşdür. Bu tikili bir sıra möcüzələrə malikdir.
Birincisi tikilinin necə yüksək ustalıqla hazırlanmasını görmək üçün gərək onu yaxından ziyarət edəsən.
İkincisi bu tikilinin üç tərəfinin torpağının sürüşüb axmasına baxmayaraq Gümbəz ( Sərdabə ) öz yerində möhkəm dayanmışdır.
Üçüncüsü Gümbəzin ( Sərdabə ) içərisində yuxarısının diametri 10 sm-ə bərabər sonradan isə genişlənən bir quyu vardır ki, bu quyunun dərinliyi heç kimə məlum deyildir.
Dördüncüsü rəvayətə görə XVIII əsrdə tikilmiş Gümbəzin ( Sərdabə ) döşəməsi hamar düzbucaqlı daşlarla döşənmişdir ki, bu daşların da uçaraq quyuya tökülməməsi möcüzədir.
Beşincisi döşəmə iki qatdan ibarətdir. Bu qatlar arasında narın toz halında ( el içərisində tütyə adlanan ) torpağa oxşar qəribə maddə var ki, buranı ziyarət edən insanlar bundan özləri ilə götürürlər.
Altıncısı Pirin içərisində daşdan səliqə ilə düzəldilmiş üzərində yazılar olan bir qəbir və Pirin öz maketi vardır.
Yeddincisi isə bu tikilinin hansı məqsədlərlə qurulmasının səbəbləri hələ də bilinmir. Pir haqqında məlumatlar yalnız rəvayətlərə əsaslanır. Bu möcüzəli Pirin adı Əbilqasım piri adlanır ki, kəndin adı da elə buradan götürlmüşdür.
Bu öliya çox insanlardan yardım əlinin əsirgəməmişdir. Buranı ziyarət edib, onun hüzurunda Allaha müraciət edən insanların əksəriyyətinə kömək olmuş və sağlamlıqlarında problem olanlar isə şəfa tapmışlar. Öliyanın tikilisi o qədər maraqlı, cəlbedici və zəhmlidir ki, ziyarətçidə ona qarşı inam oyadır. Elə bu inamla da insanlar dərdlərinə əlac tapırlar.
2014-2017-ci illər ərzində dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələr siyahısında nəzərdə tutulsa da, indiyə kimi Gümbəz ( Sərdabə ) bərpa olunmamışdır.
Haram qalası ( Qırxotaq abidəsi
Haram qalası ( Qırxotaq abidəsi ) İsmayıllı rayonunun ərazisində, Sulut kəndindən 6 km şimal-qərb istiqamətində, Haram çayının sağ sahilində, Fit dağının Haramı adlanan şimal-şərq yamaclarından birində, əlçatmaz sıldırım qayalığın üzərində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, sıx və hündür meşə ağacları ilə örtülmüş sahədə yerləşir. Qalanın yerləşdiyi ərazi şimal-qərb tərəfdən Niyal dağı silsiləsi ilə həmsərhəd olub, şərq tərəfdən Haramçayın hövzəsinə doğru hüdudlanır. Qədim Lahıc-Sulut dağ yolu qalanın yerləşdiyi qayalığın şərq ətəyindən keçir və Haramçayın hövzəsinə doğru enir. Qala ərazisi şimal və şərq tərəfdən sıldırımlı, sərt qayalarla əhatələnmişdir. Qalanın cənub tərəfi Sulut kəndinə doğru istiqamətlənmiş sərt enişli yamacdan ibarətdir. Sahəsi 4,3 hektar olan Haram qalasının ərazisi mürəkkəb relyefli olub, mailliyi 20-30° arasında dəyişir.
Haram qalasının adını bəzən yanlış olaraq Fit dağının adı ilə Fit qalası da adlandırırlar. ətraf kəndlərin sakinləri arasında bu qalanın başqa, “Mustafa xan qalası”, bəzən isə “Qırxotaq” adı da yayılmışdır və şübhəsiz ki, bu sonuncu Şirvan xanı Mustafa xanın adı ilə bağlıdır.
Məbəd ( Kilsə )
XIX əsrə aid Məbəd ( Kilsə ) İsmayıllı rayonunun qədim kəndlərindən birində Girk kəndində yerləşir. Girk kəndi rayonun cənub-şərqində dağlıq ərazidədir. Keçmişdə rayonun ərazisində Kirk və Kirk Güzəran adlı iki kənd mövcud olmuşdur. Yerli əhali arasında Ləngəbiz dağları, Qaş dağları, onun yamacında olan kəndlər isə Qaş kəndləri adlanır. Yaşayış məntəqəsini XVIII əsrin axırlarında Qarabağdan köçüb gəlmiş ailələr salmışdır. Çox güman ki, toponim türk dillərində “dağlıq tərəf” mənasını bildirən kırka sözü ilə bağlıdır. Kəndin yerləşdiyi fiziki-coğrafi şərait də bunu təsdiq edir. Bəzi mənbələrdə Girk sözü canavar mənasını da bildirir.
Deyilənə görə, Məbəd ( Kilsə ) həmin ərazidə yaşayan albanlar tərəfindən inşa etdirmişdir. Sonradan Qarabağdan köçüb gəlmə ermənilər bu kilsənin çöl hissəsində olan xaç şəklini dəyişmişlər. Bu onu göstərir ki, ermənilər bu kilsəni dünyaya öz abidələri kimi təqdim etmək istəmişlər. Lakin İsmayıllı rayonun bu əraziləri tarixən albanların yaşadıqları yaşayış məskənləri olduğunu sübut edir. Deməli, bu kənddə albanlar yaşadığı üçün Məbəd ( Kilsə) də məhz albanlar tərəfindən inşa olunduğu da ehtimal olunur.
Türbə
Kələzeyvə kəndi Sulut kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin ərazisində yerləşən qədim tarixə malik olan kəndlərdən biridir. Kənd rayon mərkəzindən 45 km şərqdə, Sulut kəndinin sol tərəfində, Niyal dağ silsiləsindən olan Eşid dağının ətəyində yerləşir. Kəndin tam mərkəzindən axan çay kəndi iki hissəyə bölür. Bu çayın mənbəyi isə Eşid dağından başlayır.
“Kələ” sözü fars dilində böyük yaşayış məntəqəsi mənasını verir. “Zeyvə” sözü isə ərəb dilindəki “zaviyə” sözündən olub hücrə, ibadətgah, guşə mənasını bildirir. Zeyvə adlı məntəqələr adətən İslam dininin tüğyan etdiyi vaxtlarda ömrlərini ibadətlə keçirən ruhanilər üçün salınmış yaşayış məntəqələridir. Buradakı qədim qəbristanlıq XVI-XVIII əsrə aid olduğundan kəndin qədim tarixə malik olduğunu sübut edir. Hətta ətraf kəndlərdə rəhmətə getmiş şəxslərin burada dəfn edilməsi bir daha onu göstərir ki, Zeyvə ətrafda olan kəndlərdən daha böyük yaşayış məntəqəsi olmuşdur.
Kənd ərazisindən tapılmış zəngin maddi-mədəniyyət nümunələri burada, orta əsrlərdən qaynar həyatın mövcud olduğunu göstərir. Əkinçilik zamanı tapılan sikkələr daha çox XIII-XV əsrlərə aiddir. Ola bilsin ki, burada bundan çox-çox əvvəl də yaşayış olmuşdur, amma bu bir faktdır ki, Azərbaycanın monqollar tərəfindən istila edilməsindən sonrakı dövrdə, bu ərazidə həyat xüsusilə canlanırmış. Çox güman ki, yaxınlıqdakı bir çox yaşayış məntəqələrindən, o cümlədən də Şamaxıdan əhalinin bir hissəsinin didərgin düşərək bu yerlərə köçməsi ilə əlaqədər olmuşdur.
Şirvan hakimlərinin adı ilə bağlı abidələrdən biri də XIX əsrə aid Zeyvə türbəsidir. “Azərbaycanın arxitektura tarixi” adlanan monumental əsərdə Zeyvə türbəsi barədə kifayət qədər ətraflı məlumat var. Tikintinin inşaat həlli Şirvan arxitekturasının ən yaxşı nümunələri səviyyəsindədir.
Qəbirstanlığın XVI-XIX əsrlərə aid edilməsini qeyd etsək, görə bilərik ki, bəzi ehtimallara görə Mustafa xan öz qardaşı oğlu üçün ucaltdığı türbə o vaxtdan qəbristanlıq ərazisində yerləşir. Yerli əhali ilə söhbət zamanı məlum olur ki, həmin ərazidə pir yeri olub. Yaşlı insanların dediyinə görə dəfn edilmiş uşağın yanına dəfn edərkən qoyulan yumuru daş qəbir çökəndən sonra gecələr özündən işıq verirmiş. Yaxın illər ərzində təqribən 1934-1943-cü illərdə əraziyə gələn yerli turistlər maraq üçün pirə baxış keçirərkən pirdə olan daş barədə məlumat verilib. Qonaqlar daşa öz əllərində baxmaq istəyiblər və qəbri açıb daşı götürüb baxıb və bir neçə kənd sakini yanında daşı əvvəlki yerinə qoyublar. Həmin adamların dediyi məlumata görə daşın kamet olduğu bildirilir. İnanclara görə həmin hadisədən 1 həftə sonra daşın itməsi bildirilir.
Deyilənlərə onu da əlavə edək ki, Zeyvə türbəsi tikildiyi vaxtdan əsr yarım keçməsinə baxmayaraq, demək olar ki, elə bir ciddi dağıntıya məruz qalmamışdır.
Xan qalası
XVII əsrə aid Abidə İsmayıllı rayonunun Xankəndi kəndi ərazisində yerləşir. İsmayıllı rayonunun Basqal inzibati ərazi vahidində olan kənd Xankəndi çayının sahilində, dağətəyi ərazidə yerləşir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Şirvan xanı Mustafa xana məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Xankəndi kəndində həyat birdən-birə başlanmamışdır. Azərbaycan Sovet Ensiklopediyasının IV cildindəki “Kürdüvan” məqaləsində bu kənd barədə məlumat verilmişdir. Bir sıra yerüstü əlamətlərinə görə Kürdüvan və Xankəndi kəndləri ətrafında qədim istehsalat ocaqlarının varlığı və orada inşaat keramikası istehsal olunduğu barədə də fikir söyləmək olar.
Xankəndi ərazisində orta əsrlərə aid çoxsaylı tikinti qalıqları mövcuddur. Orada vətəndaşlar öz şəxsi həyətlərində quyu və ya xəndək yeri qazarkən tez-tez daşdan və ya bişmiş kərpicdən inşa edilmiş tikinti qalıqları üzə çıxmışdır. Kəndin cənub tərəfində - Basqal çayının yarğanında eramızın birinci əsrinə aid qəbir abidələri də mövcuddur. Həmin abidələrdən XVI-XVII əsrə aid kaşı, seladon, şüşə qab parçaları, bilərzik nümunələri, qırmızı rəngli saxsı küplər, gildən hazırlanmış su qabı, dolça, şüşə muncuq və s. tapılmışdır.
Xan qalası abidəsi barəsində çoxlu söz-söhbət gəzir. Bəziləri qaladakı yeraltı yol barəsində eşitdiklərindən, bəziləri ayrı-ayrı vətəndaşların həyətində bünövrə yeri qazarkən divar qalıqlarının üzə çıxdığından danışır. Müxtəlif vaxtlarda həmin abidələrdən hətta qızıl dəfinələrin tapıldığını söyləyənlər də var. Aqillərimiz sərrast deyiblər “yanmayan yerdən tüstü çıxmaz”. Görünür, Xankəndi abidələri ilə bağlı bu cür söz-söhbətlərin yayılması üçün nə isə bir əsas olmuşdur. Bu bir həqiqətdir ki, yerli sakinlərdən bir qismi lap yaxın vaxtlaradək yeraltı abidələri sökərək daşından və kərpicindən tikinti materialı kimi istifadə ediblər. Bu abidə o abidələrdəndir ki, sonradan torpaq və ya lil qatı altında qalmışdır. Həm də vaxtı ilə çökək yerlərdə tikilmiş abidələr bu cür təsirlərə daha çox məruz qalmışdır.
Oradan toplanmış bəzi şirli saxsı qab parçaları Xan qalasının XII-XIII əsrlərdən gec olmayaraq tikildiyini söyləməyə imkan verir. Əfsanəyə görə xanın sürüləri Fit və Niyal dağlarındakı yaylaqlarda bəslənərmiş və səhər-axşam oradan saxsı borularla Xan qalasına süd axıdılarmış.
Xan qalasını müdafiə qalası hesab etmək olmaz. Axı dağların dibində, münbit vadidə, Şamaxı-Qəbələ yolunun lap üstündə də müdafiə qalası tikərlər?
Sulut, Kürdüvan, Xankəndi kəndlərinin əraziləri əsrlər boyu Şirvan xanlarının yay istirahət düşərgəsi olmuşdur. Əlbəttə, Şamaxının yayı hara, Sulutun, Kürdüvanın, Xankəndi kəndlərinin meyvəli bağları, sərin bulaqları, əlvan yamacları, yamyaşıl vadiləri hara! Bax elə buna görə də bu yerlərdəki tarixi tikililəri hər şeydən əvvəl Şirvan xanlarının məhz yay iqamətgahı kompleksinə daxil olan abidələr kimi xarakterizə etmək daha çox məntiqə uyğundur. “Xankəndi”, “Xan qalası” kimi toponomlər də sözsüz ki, bu zəmində yaranmışdır. Bütün bunlar, həmçinin yaşlı kənd sakinlərdən eşitdiyimiz əfsanə və söhbətlər Xan qalasının Şirvanşahlara məxsus olduğunu və onların yay iqamətgahı kimi istifadə olunduğunu söyləmək üçün əsas verir.
Bütün bunlar onu göstərir ki, orta əsrlərdə Şirvan hakimlərinin yay iqamətgahına çevrilmiş Kürdüvan və Xankəndi kəndlərində də 2000 ildən artıqdır ki, fasiləsiz həyat mövcud olmaqdadır.
Ağsu rayonu
Azərbaycanın Şimal ərazisində minillik tarixə malik qədim Qafqaz Albaniyası (e.ə. IV - e-nın VII əsri) və orta əsr Şirvanşahlar (VI-XVI əsrlər) dövlətləri mövcud olmuĢdur. Müasir Ağsu rayonunun ərazisi bu dövlətlərin mərkəz hissəsini - Ağsuçay və Girdimançay vadisini əhatə edir. Bu çayların vadiləri bərəkətli, münbit torpaqları, təbii zənginlikləri ilə tarix boyu insanların diqqətini cəlb etmiş və əhalinin sıx məskunlaşdığı mədəniyyət mərkəzinə çevrilmişdir. Odur ki, Ağsu rayonu ərazisi Azərbaycan tarixinin miixtəlif dövrlərinə aid abidələrlə çox zəngindir. Ağsu rayonunun Nüydi, Nuran, Sanqalan, Qırlar, Gəgəli, Ərəb-mehdibəy, Qaraqoyunlu və s. kəndləri ərazisində mövcud olan qədim, antik, orta əsrlər dövrlərinə aid yaşayış yerləri, nekropollar, qəbiristanlıqlar, qalalar, türbələr, dini ibadətgahlar və başqa maddi-mədəniyyət abidələri xalqımızın əvəzsiz tarixi xəzinələridir. Ağsu rayonu ərazisindəki abidələrdən arxeoloji qazıntılar və təsərrüfat işləri görülərkən təsadüfən zəngin tarixi materiallar aşkar olunmuşdur. Bu tarixi yadigarlar içərisində Qafqaz Albaniyası maddi-mədəniyyətinin özünəməxsus yeri vardır. Qırlartəpə eneolit dövrü yaşayış yeri Qafqaz Albaniyasının ən qədim tarixini, mədəniyyətini araşdırmaq üçün çox dəyərli, nadir abidədir.
Tarixi abidələr
Qırlartəpə eneolit-antik dövr abidələri. Qırlartəpə abidəsi Ağsu rayonunun Qırlar kəndi yaxınlığında yerləşir. Yaşayış yerinin qədim mədəniyyət qalıqları eneolit dövrünə aiddir. E.ə. V-IV minilliklərdə yaşayış yerinin əhalisi əsasən əkinçiliklə məşğul olmuşlar. Qırlartəpə abidəsinin alt mədəni təbəqəsindən eneolit dövrünə aid müxtəlif məişət saxsı qab nümunələri, təsərrüfat küpləri, ocaq qurğuları, taxıl əzmək üçün istifadə olunan daşlar əldə edilmişdir.
1986-cı ildə buradan eramızın I əsrində kəsilmiş gümüş sikkə tapılmışdır. Gümüş dirhəmin bir üzündə Parfıya hakimi III Artabanın şəkli həkk edilmişdir. Digər üzündə isə yunan əlifbası ilə onun adı və başqa yazılar zərb edilmişdir. Qırlartəpə abidəsi bu ərazidə həyat tərzinin 7 min il bundan əvvəl başlandığını və uzun müddət davam etdiyini göstərir.
Nüydi antik dövr yaşayış yeri və nekropolu. XX əsrin 60-70-ci illərində burada aparılan arxeoloji qazıntılar zəngin mədəni irsin qalıqlarını üzə çıxarmışdır. Abidə Ağsu rayonunun Nüydi kəndi ərazisindədir. Burada aparılan yerüstü axtanşlar və arxeoloji tədqiqatlar nəticəsındə 10 hektardan artıq geniş sahəyə malik olan qədim yaşayış yeri aşkar edilmişdir.
Buradan taxıl əzmək üçün istifadə olunan daşlar, sadə formalı müəyyən bədii tərtibata malik gil qablar daha çox tapılmışdır. Bu keramika məmulatlarının hazırlanması e.ə. I e.-nın I əsrinə, yəni Roma işğalçılarının yürüşləri dövrünə aiddir. Tədqiqatlar göstərir ki, Roma işğalları ərəfəsində Qafqaz Albaniyasında əsasən metalişləmə sənətkarlığı ön plana keçmiş və hərb işi ilə bağlı silah istehsalı vacib olmuşdur. Odur ki, dulusçuluq sənətində müəyyən tənəzzül özünü göstərir.
Eyni zamanda burada qazıntılar zamanı yaşayış binalarına məxsus çaydaşından hörülmüş bünövrə qalıqları aşkar olunmuşdur.
1972-ci ildə, bu ərazidə tapılmış pul dəfinəsi tariximizin iqtisadi, mədəni problemlərini araşdırmaq üçün çox böyük tapıntıdır. Dəfınə kiçik küpə içərisində 36 ədəd gümüş sikkədən ibarətdir. Sikkələrin bir üzündə sxematik insan başı, digər üzündə isə bir əlində əsa və ya nizə, o biri əlində quş (bəzən də keçi) tutmuş adam təsvir olunmuşdur. Sikkələrin üzərində yazı yoxdur. Bu sikkələr Makedoniyalı İsgəndərin pullarına bənzədilərək zərb edilmiş Alban atlısı sikkələrindən başqa yalnız bir ədəd xarici sikkə vardır. Bu sikkə II Mitridatın (e.ə. 124-88) adına zərb edilmiş Parfıya puludur. Göründüyü kimi bura Qafqaz Albaniyasının antik dövr mədəniyyət ocaqlarmdan biri olmuşdur. Qafqaz Albaniyasının iqtisadi, mədəni həyatında, ticarət əlaqələrində bu yaşayış yeri mühüm rol oynamışdır. Qaraçıbulaq antik dövr abidələri. 1973-cü ildə Ağsu rayununun Nuran kəndi yaxınlığında, sahəsi 10-12 ha olan antik dövrə aid Qaraçıbulaq yaşayış yeri və qəbiristanlığı aşkar edilmişdir. Buradan çaydaşından inşa edilmış dördkünc plana malik tikinti qalıqları, dulus kürələri, təsərrüfat küpləri, dən daşları, saxsı qıf, gil qadın heykəlciyi, gil qablar, tunc xəncər, dəmir nizə ucluqları və müxtəlif bəzək əşyaları tapılmışdır.
Qaraçıbulaq abidəsində yaşayış e.ə. XII əsrdən başlamış və eramızın I əsrinə kimi davam etmişdir. Arxeoloji materiallar göstərir ki, Qaraçıbulaq yaşayış yerinin əhalisinin məşğuliyyətində bütün təsərrüfat sahələri, xüsusən sənətkarlıq mühüm yer tutmuşdur. Uzunboylar antik dövr abidəsi. Abidə Ağsu rayonunun Sanqalan kəndi yaxınlığında yerləşir. Torpaq qəbirlərdə ölülər sağ böyrü üstdə bükülü vəziyyətdə basdırılmışdır. Ətrafına 50-70 saxsı qab, çoxlu dəmir nizə, çin, bıçaq, çapacaq, biz, qıyıq, bəzək əşyaları və s. habelə at, it və quş qoyulmuşdur. Qəbirlərin birindən Qafqaz Albaniyasına məxsus gümüş sikkə də tapılmışdır.
Bəyimli qalası. Ağsu rayonunun Bəyimli kəndi ərazisində erkən orta əsrlər dövrünə aid istehkam tikintilərinin qalıqları vardır. Bu istehkam dördkünc plana malik olmuşdur. Qala divarlarının künc hissələrinin qalınlığı 15 metrə qədərdir. Qalanın ətrafı dərin kanalla əhatələnmişdir. Ehtimal ki, düşmən hücumları zamanı qalanın müdafiəsini daha da möhkəmləndirmək məqsədilə bu kanal su ilə doldurulurmuş.
Ağsu rayonunun ərazisində XIV-XX əsrlərdə tikılmiş tarixi memarlıq abidələri də üstünlük təşkil edir. Bunlara türbələr, qalalar, məscidlər və s. aiddir.
Şeyx Dursun türbəsi. Ağsu şəhərinin şimal-şərqində yerləşən abidənin kitabəsinin bir hissəsi pozulduğu üçün türbənin tarixi ilə bağlı müxtəlif fikirlər yaranmışdır. Ağsu rayonunda nəşr olunan "Birlik" qəzetinin bir çox məqalələrində, Ağsu rayon tarix-diyarşünaslıq muzeyinin materiallarında abidənin tikildiyi tarix 1457-ci il kimi göstərilir. Abidənin divarları əl ilə kəsilib yonulmuş əhəng daşlarından tikilmiş, binası səkkizüzlü prizma şəklindədir. Binanın üst örtüyü konusvari tağla bağlanmışdır. Tağ əl ilə kəsilmiş daşdan düzəldilmişdir.
Xəzinə dağı qalası. Girdiman çayının sol sahilində, Padar kəndi ərazisində xalq arasında Xəzinə dağı adlanan təpənin üç tərəfi sıldırım qayalarla əhatə olunmuşdur. Təpəyə qalxmaq üçün yeganə yolun üzərində çəkilmış qədim qala divarının qalıqları zəmanəmizədək qalır. Qala istehkamının görünən hissəsinin uzunluğu 7 metr, eni isə 4 metrdir. Şeyx Əmir Əhməd türbəsi. Ağsu rayonuMustafalı kəndinin ərazisində yerləşən, ətraf ərazilərin ziyarətgah yerinə çevrilən Şeyx Əmir Əhməd türbəsi 1722-ci ildə inşa olunmuşdur. Bu tarixi memarhq abidəsi əl üsulu ilə kəsilib yonulmuş əhəng daşlrından hörülmüşdür. Abidə səkkizüzlü prizma şəklindədir və fasad hissənin divarbirləşmələrində oyma üsulla naxışlar həkk edilmişdir.
Pir Bəxtiyar türbəsi. Ağsu rayonunun maraqlı memarhq abidələrindən biri də tarixən mövcud olmuş Cavanşır kəndi ərazisində yerləşən Pir Bəxtiyar türbəsidir. Pir Bəxtiyar türbəsinin tikilmə dövrü ətrafdakı qəbir abidələri əsasında təxminən müəyyənləşdirilmişdir. Abidənin cənub-qərb tərəfindəki qəbirlər nisbətən qədimdir. Üzərində tarixi oxunan qəbirlər 1784, 1797, 1805 və s. illərə aiddır. Buna əsaslanaraq demək əlar ki, Pir Bəxtiyar türbəsi təxminən XVIII əsrin sonu XIX əsrin əvvəllərində inşa edilmişdir. Həzrə piri Pir Bəxtiyar türbəsi ilə eyni dövrə aid olan abidədir. Əsrlər keçdikcə bu türbə dağıntılara məruz qalmışdır. Həzrə piri Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yerləşir. Bura dördkünc memarlıq planında tikilmişdir. Türbənin fasad hissəsində, qapısı üzərində daş kitabə olmuşdur. Dağıntı nəticəsində kitabə parçalanmışdır və hissələri hazırda türbənin daşları arasmda qalmaqdadır.
Şıxməzid türbəsi Ağsu şəhərinin qərb hissəsində, Ağsuçayın sağ sahilində vaxtilə mövcud olmuş Şıxməzid kəndi ərazisində yerləşmişdir. Kəndin adı isə tayfa başçısı Şeyx Məcidlə bağlıdır.
Şeyx Məcidin qəbri üzərində Şeyx Dursun türbəsi üslubunda məqbərə tikilmişdir. Bu türbə müqəddəs yer və ziyarətgah kimi tanınmışdır. XX əsrin 30-cu illərində türbə islam dininə qarşı mübarizə ilə əlaqədar dağıdılmışdır.
Bilal Əfəndi məscidi Ağsu rayonunun Padar və Külüllü kəndləri ərazisində yerləşir. Məscidin binası düzbucaqlı formada olub, 3 otaqdan ibarətdir. Vaxtilə məscidin minbəri olmuş, sovet hakimiyyəti illərində uçurdulmuş, sonralar yenidən bərpa edilmişdir. Məscidin üzərindəki tarixdən məlum olur ki, bina hicri 1305-ci ildə (1889) inşa olunmuşdur.
Qırmızı günbəz və Ağ günbəz. Hər ikitarixi memarlıq abidəsi Ağsu rayonunun Qaraqoyunlu kəndində yerləşir.
Qırmızı günbəzin tarixi daha qədimdir. Abidə hicri 1286-cı ildə (1869-1870) inşa olunmuşdur. Divarları qırmızı bişmiş kərpicdən, səkkizüzlü prizma şəklində inşa olunmuşdur. Ağ günbəzindivarları əl üsultı ilə kəsilib yonulmuş və cilalanmış ağ əhəng daşlardan səkkizüzlü planda tikilmişdir. Abidənin bir giriş qapısı və üç pəncərəsi vardır. Giriş qapısının üstündə ərəb əlifbası ilə yazılmış kitabə yerləşir. Abidə hicri 1327-ci ildə (1909) tikilmişdir.
Qədim Qəbələ şəhəri
Rayonun zəngin mədəniyyətə malik olduğunu tapılmış əşyalar və yaşayış məskənləri sübut edir. Belə ki, Nic kəndinin yaxınlığında Yalovlu dağda eramızdan əvvəl III-I əsrlərdə insan məskənləri olmuşdur. Bu ərazidə dəmir bıçaqlar, xəncərlər, qılınclar, tuncdan hazırlanmış üzüklər, qızıl sırğalar, dəyirman daşları və başqa əşyalar aşkar edilmişdir. Azərbaycanın şimal ərazisində dağlıq və Aran rayonlarda həmin dövrə aid arxeoloji mədəniyyət elmdə Yaloylu mədəniyyəti adlanır.
Qədim Nic Qəbələ şəhərinin yaxınlığında yerləşir. Nij Qafqaz albanlarının nəslindən sayılan Azərbaycan-Udin etnik qrupları arasında xüsusi bir etnik qrupun vətənidir.
Hal-hazırda onların sayı 10000 nəfərdən çox deyil, lakin adət-ənənələrini, dilini və mənəvi mədəniyyətlərini qoruyub saxlamağı bacarıblar. Udin məbədi Azərbaycanda xristianlığın ən qədim abidələrindən biridir. Məbəd 17-18-ci əsrlərdə 4-cü əsrdəki qədim alban kilsəsinin yerində yenidən qurulmuşdur.
Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi , Bum kəndindəki xalq sənəti və tarixi-mədəniyyət abidələri yerləşir. Eləcə də şəhərdə İsmayıl bəy Qurtqaşınlının Ev Muzeyi görülməli yerlərdəndir.
Bu yurdun adı çəkiləndə ilk öncə qədim Qafqaz Albaniyasının 900 illik bir dövrdə (eramızdan əvvəl IV əsrdən eramızın V əsrinədək) paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun bu günə gəlib çatmış möhtəşəm qala divarları xatırlanır. Rayon mərkəzindən 20 km cənubi-qərbdə, indiki Çuxur Qəbələ kəndinin şimal-şərq hissəsində Corlu və Qara çaylarının suayrıcında yerləşən qədim Qəbələ şəhəri öz möhtəşəmliyi, mühüm siyasi, iqtisadi və ticarət mərkəzi kimi dünyanın Babil, Troya, Pompey, Karfagen kimi qədim və məhşur şəhərləri ilə müqaisə olunur.
2400 illik tarixi olan, qədim “İpək yolunun” üstündə yerləşən Qəbələ şəhərinin adı hələ eramızın I əsrində yaşamış Roma alimi Böyük Plininin ,,Təbii tarix” əsərində Kabalaka, yunan coğrafiyaşunası Klavdi Ptolemey (II əsrdə) Xabala, Ərəb tarixçisi Bəlazuri (IX əsr) Xəzər adlandırmışdır. Ilk dəfə Azərbaycan alimi A.Bakıxanov (XIX əsr) ,,Gülüstani – İrəm” əsərində Kbala və ya Xabalanın Qəbələ olduğunu göstərmişdir.
Əsirlər boyu Azərbaycan torpaqlarına göz tikən yadelli işğalçıların amansIz hücumlarına mərdliklə sinə gərən Qəbələ şəhəri tarixin yaddaşına alınmaz, məğlubedilməz qala-şəhər kimi daxil olmuşdur.
E. I əsrdə romalılar Kabalakanı (Qəbələni)-"oppidum" yəni "istehkam şəhər" kimi tanıyırdılar. Eramızın 262-ci ilində Albaniya Sasanilər tərəfindən işğal olunsa da Qəbələ özünün siyasi və iqtisadi əhəmiyyətini itirmədi. V əsrin ikinci yarısında (464-cü ildə) Albaniya öz müstəqilliyini müvəqqəti itirdiyi və şimal köçərililərinin basqınlarının şiddətləndiyi dövrdə ölkənin paytaxtı Qəbələdən Partava (Bərdəyə) köçürülür. Bundan sonra da Qəbələ ölkənin başlıca ticarət sənətkarlıq, mədəniyyət və mənəvi mərkəzi kimi mövcud olmuşdur.
Qəbələ 1068-ci ildə Şirvanşah Fəriburzun, 1120-ci ildə gürcü çarı III Davidin, 1386-cı ildə Teymurləngin, 1538-ci ildə Səfəvi şahı I Təhmasibin, 1734-cü ildə Nadir şahın qoşunlarının işğalı ilə üz-üzə dayanmış, sarsıntılar keçirmişdirsədə öz əhəmiyyətini tam itirməmişdir. 1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara. Sultanlıqlara və məliklikliklərə bölünmüş və bu zaman Qəbələ də ayrıca sultanlıq idi.
Qəbələ hakimiyyətinin axırıncı Sultani İ.B. Qutqaşınlının atası Naib Nəsrullah Sultanı olmuşdur.
XVIII əsrin sonlarında Qəbələ sultanlığı Qəbələ mahalı adlandırılırdı. 1841-ci ildə Çar Risiyasının Qafqazda apardığı islahatlar nəticəsində Azərbaycanda xanlıqlar ləğv edilərək Quberniya və qəzalarla əvəz olunmuş və bu dövürdə Qəbələ rayonu Yelzavetapol (Gəncə) quberniyasının Nuxa (Şəki) qəzasının tərkibinə qatılmışdır.
Qeyd olunduğu kimi Qəbələnin əlverişli tarixi-coğrafi mövqeyi onun ərazisinin insanlar tərəfindən ta qədimdən mənimsənilməsinə və nəticədə zəngin maddi-mədəniyyət abidələrinin yaranmasına səbəb olmuşdur.
Böyük Əmili kəndində eramızdan əvvəl I minilliyə aid olan daş kurqan, Soltannuxa kəndinin cənubunda, Kilsə dağında IV əsrə aid Alban kilsəsi (məbəd), Nic qəsəbəsində antik dövrə aid Nekrapol, Yengicə kəndinin cənubunda IV-XIV əsrlərə aid Qızlar qalası, çay boğazında X-XII əsrlərə aid Surxay qalası, Həzrə kəndində XIV-XV əsrlərə aid türbələr kompleksi, Dızaxlı kəndinin şimali - qərbində yerləşən, VII əsrə aid Komurad məqbərəsi, Qəbələ şəhərindəki Büdxana qalıqları, XVIII əsrə aid 8 güşəli Məscid, XIX-XX əsrlərin başlanğıcında inşa edilmiş Cümə məscidi, İ.B.Qutqaşınlının XIX əsrə aid ev Muzeyi və məzar üstü abidəsi və sair tarixi abidələr rayonun ,,tarixi inciləri” olub, bu yerlərə gələnlərin diqqətini cəlb etməyə bilmir. Qəbələnin tarixi keçmişini və bu gününü öyrənmək, qoruyub saxlayaraq gələcək nəslə çatdırmaq məqsədi ilə rayon rəhbərliyi tərəfindən son dövürlərdə bir sıra tədbirlər həyata keçirilmişdir.
2025-ci il 6-16 iyul tarixlərdə Fransanın paytaxtı Paris şəhərində UNESCO-nun Baş Qərargahında Dünya İrsi Komitəsinin 47-ci sessiyası keçirilib. Sessiyanın gündəliyinə uyğun olaraq 11 iyul tarixdə Dünya İrsinin İlkin Siyahısına təqdim olunan nominasiya fayllarının müzakirəsi aparılıb. Azərbaycan tərəfindən təqdim olunmuş “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” və “Qədim Qəbələ şəhəri” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.
Qəbələ Arxeoloji Mərkəzi
Qədim Qəbələ şəhərinin yerləşdiyi ərazidə arxeoloji qazıntılar nəticəsində tapılmış maddi mədəniyyət nümunələri bu mərkəzdə qorunur və sərgilənir. Burada müxtəlif dövrlərə aid silahlar, keramika məmulatları, bəzək əşyaları, qədim sikkələr və məişət avadanlıqları ilə tanış olmaq mümkündür.
Çuxur Qəbələ Qala Kompleksi
Bu abidə Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələnin ən möhtəşəm tikililərindən biridir. Qala divarlarının qalıqları, bürclər və arxeoloji qazıntılar əsasında bərpa olunan məkanlar tarix həvəskarları üçün xüsusi maraq doğurur.
Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi
Qəbələ şəhərində yerləşən bu muzeydə rayonun qədim və orta əsrlər tarixi, etnoqrafiyası, təbiəti və folkloru haqqında zəngin eksponatlar sərgilənir. Muzey ekskursiyaları yerli bələdçilərin izahı ilə daha maraqlı və maarifləndirici olur.
Qafqaz Albaniyasının Kilsə və İbadətgahları
Qəbələ ərazisində Qafqaz Albaniyası dövrünə aid bir neçə kilsə və ibadətgahın qalıqları tapılıb. Xüsusilə Nic kəndində yerləşən qədim Alban məbədi və digər ibadət yerləri xristian irsini yaşadan nadir abidələrdəndir.
Bayramkoxa qalası
Göyçay dərəsindən qərbdə, Kələş düzündən cənubda, Kilsədağ məbədi yaxınlığında olan bu abidə ərazisində olduğu kəndin adı ilə Bayramkoxa qalası adlanır.
Abidənin yerləşdiyi ərazi həm də, Təpələr, yaxud da Yeddi təpə adı ilə məlumdur. 1972-ci ildə Firidun Qədirov tərəfindən orada ilkin arxeoloji tədqiqat işləri aparılmışdır. Məhz həmin qazıntılar nəticəsində müəyyənləşdirilmişdir ki, oradakı təpələr əslində, qalanın ayrı-ayrı bürclərinin qalıqlarıdır. 45x42x 10 sm ölçülü çiy kərpiclə hörülmüş qala bürclərinin qalıqlarının hündürlüyü 5–6 m, diametri isə 15 m-dir. Hər tərəfdə 3 bürc olmaqla, cəmi 8 bürcü var.
Qala quruluş etibarı ilə kvadrat formasındadır. Onun tərəflərinin uzunluğu 90 m, ümumi uzunluğu isə 360 m-dir. Bürclər arası hissədə qala divarları daha çox dağıldığından, onların yeri alçaq köbərə bənzəyir. Qaladan təqribən 100 m şərqdə daha iki təpə mövcuddur. Onlardan 20–25 m cənub tərəfdə isə 40 m uzunluğu olan daha bir köbər yeri var. Yerüstü əlamətlərinə görə, onlar da yuxarıda təsviri verilən tikinti qalıqlarına bənzəyir və çox güman ki, bütövlükdə Bayramkoxa qala kompleksinə aiddir.
Abidədə aparılmış arxeoloji tədqiqatlar zamanı orada, üst qatda təqribən 40 sm qalınlığında lal təbəqə qeydə alınmışdır. Bu, qalanın uzun müddət istifadəsiz qalması nəticəsində əmələ gəlib. Lal təbəqə götürüldükdən sonra orada qalınlığı 40 sm olan mədəni təbəqə olduğu aşkar edilmişdir. Qazıntı zamanı oradan divar və bürc qalıqlarından savayı, ocaq yeri, dəmirdən ox ucu, gil muncuq və şirsiz keramika nümunələri tapılmışdır. Keramika məmulatı içərisində dulus dəzgahında istehsal edilən nümunələr qeydə alınmamışdır.
Bum qalası
Böyük Qafqazın cənub ətəklərində, Bum kəndi yaxınlığında, Bum və Dəyirman çayları arasında yerləşir.
Təbii təsirlər nəticəsində qala əsrlər boyu ciddi dağıntıya məruz qalmışdır. Xüsusilə də Dəyirman və Bum çayları vaxtaşırı olaraq daşaraq abidənin şərq və qərb kənarlarını yuyub dağıtmışdır.
Bum qalası quruluş etibarilə düzbucaqlı formadadır. Onun divarlarının ümumi uzunluğu 114, qala divarlarının qalıqlarının hündürlüyü isə təqribən 2 m-dir. Qalanın cənub tərəfində 4, digər tərəflərindən hər birində isə 3 bürc olmaqla, cəmi 13 bürcü olduğu güman edilir. Şimal, şərq və qərb divarları ciddi dağıntıya məruz qaldığından, qalanın həmin istiqamətdə olan bürclərinin forma və ölçülərini müəyyənləşdirmək çətindir. Cənub divarındakı bürclər, xüsusilə də mərkəzi hissədə olan bürc nisbətən az dağıntıya məruz qalmışdır.
Düzbucaqlı formada olan bu bürcün salamat qalmış hissədə hündürlüyü 1,8–2 metrdir. Yerüstü əlamətlərdən göründüyü kimi, qalanın digər bürcləri də düzbucaqlı formada olub. Xaçmaz Govur qalasında olduğu kimi, Bum qalasında da yer səthindən təqribən 1,5 m hündürlükdə 40x40 sm ölçüdə olan kvadratformalı mazğallar var. Onların ara məsafələri təqribən 2 m-dir.
Govurqala
Qəbələ şəhər xarabalığını iki hissəyə ayıran xəndəyin Cənub tərəfini yerli əhali Qala, yaxud da Govurqala adlandırır. Qəbələnin qala hissəsi təxminən VI əsrdən başlayaraq XVIII əsrin ortalarınadək olan bir dövrü əhatə etməklə, əsasən orta əsr şəhəri olmuşdur. Onun ümumi sahəsi hazırda 13 hektara qədərdir. Səlbirdə olduğu kimi, Qalanın ərazisi də topoqrafik quruluşuna görə mürəkkəb xarakterə malikdir. Belə ki, qərb tərəfdə yarıdan çox hissəsi yüksəklikdir, son dövrlərin tikintiləri onun ərazisində bəzi çökəkliklər və qabarmalar yaratmışdır.
Qalanın cənub tərəfinin divar və bürcləri yerüstü vəziyyətdə yaxşı qalmışdır. Burada yarımdairəvi vəziyyətdə inşa edilmiş dörd əzəmətli bürc və bürcləri birləşdirən divarlar dövrümüzə kimi çatmışdır. Bürc və divarların yuxarı hissəsi tamamilə dağılmışdır. Qərb tərəfdəki bürc şərti olaraq birinci bürc hesab edilir. Onun qərb tərəfi çox dağılmışdır. Qalığının hündürlüyü 10,7 metrdir. Sonra ikinci bürc gəlir ki, onun da hündürlüyü 11,3 metrdir. İçərisi dairəvi şəkildə boşdur. Boşluğun diametri yuxarı hissədə 6,8 metrdir. Hündürlüyü 14 metr olan üçüncü bürcün içərisinin diametri orta hesabla 7 m, divarının qalınlığı 5 metrdir. Bu bürcün alt cərgələrində kirəc məhlulu ilə iri yonma yumşaq (şirim) daşdan hörülmüş 8 cərgə daş divar yaxşı bilinir. Elə buna əsasən Qalanın cənub tərəfindəki bürc və divarların da alt cərgələrinin iri yonma daşdan hörüldüyünü söyləmək olar. Dördüncü bürc, Qalanın cənub divarının şərq qurtaracağındadır. O, təxminən ortadan qopub cənuba tərəf aşmışdır.
İkinci və üçüncü bürclər nisbətən yaxşı vəziyyətdədir. Bürc və qala divarlarının yuxarı hissəsi bişmiş kərpicdən kirəc məlulu ilə hörülmüşdür. İkinci və üçüncü bürclərin arası darvaza olmuşdur. Şəhərin Qala hissəsinin əsas giriş yolu buradan keçmişdir. Şəhərə qalxan ikinci yol isə Qalanın şimal-qərb tərəfindəki yoxuşla gedirmiş. Əslində, buradan Qalaya daha rahat qalxmaq olur. Bu yol yerinin qarşısında divar qalığının olmamasını və enişin ətəyindəki bulağı nəzərə alaran tədqiqatçılar buranı ikinci darvaza yeri hesab edirlər.
Covurluçay Səlbirə nisbətən Qalanın şərq tərəfini çox dağıtmışdır. Onun uçurum şəklində olan indiki görünüşündən aydın olur ki, vaxtilə möhkəm strateji mövqeyə malik idi. Qərb tərəfdən axan Qara çay, Səlbirdə olduğu kimi, Qalanın da qərb tərəfini əlçatmaz istehkama çevirmişdir. Səlbir ilə Qalanın arasından keçən süni müdafiə xəndəyinə gəldikdə isə bu xəndək sonralar Qalanın şimal tərəfdən müdafiəsi işində əlavə istehkam məqsədi daşımışdır. Bəzi alimlərin ehtimalına görə Qalada həyat başlanandan sonra xəndəyin üstündən Səlbir ilə Qalanı birləşdirən açılıb-bağlanan körpü olmuşdur.
Qızlar qalası
Qəbələ rayonunun Zalam kəndindən təxminən 3 km şərq tərəfdə, adğın üstündə, əlverişli coğrafi şəraitdə yerləşir. Qala güclü dağıntıya məruz qalmışdır. 1972-ci ildə qajada aparılan arxeoloji qazıntılar nəticəsində qala divarları, bürcləri və darvaza yeri tam aşkarlanmışdır. Dördkünclü biçimdə olan Qızlar qalasinin uzunluğu 16,5 metr, eni 15,7 metrdir. Qala divarlarının qalıqlarının hündürlüyü bəzi yerlərdə 1,5 metrə qədərdir. Qalanın hər bir küncündə monolit dairəvi bürc, hər bir divarında isə yarımdairəvi kontrfors vardır. Bürclərin diametri 3,5 metr, kontrforsların diametri isə 1,5 metrdir. Darvaza qalanın cənub-qərb tərəfində yerləşir və eni 1,8 metrdir. Qalanın salamat qalmış qalıqları daşdan kirəc məhlulu ilə inşa olunmuşdur. Lakin ətrafa səpələnmiş 33 X 33 X 8 sm ölçüdə bişmiş kərpic nümunələrinin çoxluğu istehkamın üst hissəsinin həmin inşaat materialından hörüldüyünü söyləməyə imkan verir.
Arxeoloji qazıntılar nəticəsində Qızlar qalasında 20 sm qalınlığında mədəni təbəqənin varlığı müəyyən olunmuş, daş sütun altlığı fraqmenti və xeyli şəxsi qab qırıqları tapılmışdır. Faktiki materiallar Qızlar qalasının IX əsrdə inşa olunduğunu və XI əsrin əvvəllərinədək istifadə edildiyini söyləməyə imkan verir.
Qəbələ rayonunun Vəndam kəndi ərazisində yerləşir. Söhbət kəndin şimalındakı Kiçiktəpə dağının üstündəki yastanda olan qədim tikinti qalıqlarından gedir. Hər tərəfdən dərin dərələrlə əhatə olunan bu ərazini Vəndam sakinləri "Qalaüstü" adlandırırlar.
Təqribən 1 hektara yaxın sahəni tutan abidə Kiçiktəpənin yastan hissəsini bütünlüklə əhatə edir. Abidənin quruluşu ərazinin relyefinə uyğunlaşdırılmışdır. Belə ki, dağın yastanı oval formada olduğundan, qala da oval formada tikilmişdir. Onun şimaldan cənuba doğru uzunluğu 160 m-dir. Ərazisi mərkəzi hissədən başlayaraq cənuba və şimala doğru getdikcə daralır. Beləliklə, abidənin mərkəzi hissəsində eni 60 m, cənub tərəfdə 10 m, şimal hissədə isə cəmisi 4 m-dir.
Çay daşından və əhəng məhlulundan istifadə etməklə inşa olunmuş qala divarlarının bir sıra yerləri uçaraq dərəyə yuvarlanmışdır. Yarısalamat vəziyyətdə qalan yerlərdə onun hündürlüyü 1 m, qalınlığı isə 1,8 m-dir. Abidədə 5 yerdə qala bürcü olduğu güman edilir. Onların hamısı düzbucaqlı formasındadır. Qala bürcləri əsasən relyefə uyğun olaraq döngələrdə tikilib. Qalanın çox da geniş olmayan giriş qapısı cənub tərəfdəndir. O, ölçülərinə görə daha çox Xaçmaz Govur qalasının giriş qapısına bənzəyir. Qala darvazasının yanlarındakı bürclər isə forma və ölçülərinə görə Kəldək və Küngüt qalalarının bürclərinə uyğun gəlir.
Həzrə türbələr kompleksi
Qəbələ rayonunun Həzrə kəndində yerləşən XV–XVI əsrlərdə inşa edilmiş tarix-memarlıq abidələri kompleksidir. Kompleksə daha əvvəl yeddi türbə daxil olsa da, onlardan dördü dövrümüzə çatmışdır.
Abidələr kompleksi Həzrə kəndi ərazisindəki meşə içərisində yerləşməklə 3.5 hektara yaxın sahəyə malik orta əsr qəbristanlığının mərkəzində inşa edilmişdir. Dövrümüzə çatmış dörd türbə Şeyx Bahəddin, Şeyx Mənsur, Şeyx Məhəmməd və Şeyx Baniyə aiddir. Türbələrdən ikisinin kitabəsində onların I Təhmasibin hakimiyyəti dövründə inşa edildiyi göstərilir.
Kompleksə daxil olan türbələr bir-birindən giriş hissələrinin çərçivələri, karnizlərinin variasiyaları və daxili həcminin həlli ilə fərqlənirlər.
Kompleksə daha əvvəl yeddi türbə daxil olsa da, onlardan dördü dövrümüzə çatmışdır. Dövrümüzə çatmış dörd türbədən ikisi qəzalı vəziyyətdədir.
Abidələr kompleksi Həzrə kəndi ərazisindəki meşə içərisində yerləşməklə 3.5 hektara yaxın sahəyə malik orta əsr qəbristanlığının mərkəzində inşa edilmişdir.
Türbələr hamısı Şirvan-Abşeron memarlıq məktəbi ənənələrinə uyğun şəkildə inşa edilmişdir. Türbələrin portallarında və sənduqələrin üzərində nəfis işlənmiş kitabələr həkk olunmuşdur. Dövrümüzə çatmış dörd türbə Şeyx Bahəddin, Şeyx Mənsur, Şeyx Məhəmməd və Şeyx Baniyə aiddir. Türbələrdən ikisinin kitabəsində onların I Təhmasibin hakimiyyəti dövründə inşa edildiyi göstərilir.
Kompleksə daxil olan türbələr bir-birindən giriş hissələrinin çərçivələri, karnizlərinin variasiyaları və daxili həcminin həlli ilə fərqlənirlər.
Qəbristanlıq ərazisindəki sənduqələr də diqqəti cəlb edir. Həkkak və xəttatlar ərəb əlifbasının xüsusiyyətlərindən istifadə edərək sənduqə və başdaşlarına vurduqları naxışlarla yanaşı abidələrin bəzəyində haşiyə, qaytan və cürbəcür xalçalar şəklində kitabə motivləri də işlətmişlər.
Türbələr
Şeyx Bədrəddin türbəsi
Şeyx Məhəmməd türbəsi
Şeyx Mənsur türbəsi
Şeyx Bani türbəsi