EN

Lavrov: İranın dinc məqsədlərlə uranı zənginləşdirməyə tam hüququ var

Lavrov:

Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilənin iştirakçısı olan hər bir dövlət kimi, İranın da dinc energetika məqsədləri üçün uranı zənginləşdirməyə tam hüququ var.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Ekvatorial Qvineyanın XİN rəhbəri Simeon Oyono Esono Anque ilə danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bəyan edib.

"Əsas prinsip ondan ibarətdir ki, Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilənin iştirakçısı olan hər bir dövlət kimi, İranın da dinc energetika məqsədləri üçün uranı zənginləşdirməyə tam hüququ var", — deyə Lavrov bildirib.

Məryəm Quliyeva

Chosen
21
xalqcebhesi.az

1Sources