EN

Dəhşət: 17 yaşlı gənc məktəbliyə 23 bıçaq zərbəsi vurdu

Rusiyanın Sankt-Peterburq şəhərində azyaşlının ağır yaralanması ilə nəticələnən dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, bu barədə “78.ru” "Telegram" kanalı məlumat yayıb.

Hadisə şəhərin Vıborq şossesi ərazisində yerləşən fast-food kafelərindən birində qeydə alınıb. Bildirilir ki, yeniyetmələr arasında yaranan mübahisə qısa zamanda əlbəyaxa davaya çevrilib.

İlkin məlumata görə, 17 yaşlı gənc dava zamanı üzərində gəzdirdiyi bıçaqla 15 yaşlı məktəbliyə hücum edib. O, yeniyetmənin həyati vacib orqanlarına 23 bıçaq zərbəsi endirib.

Ağır xəsarətlər alan məktəbli təcili xəstəxanaya çatdırılıb. Həkimlər yaraların əsasən döş qəfəsi, qarın və əl nahiyələrinə dəydiyi bildirib.

Chosen
3
publika.az

1Sources