EN

Pezeşkian Tehranı silkələdi – “Ölkə ağır müharibə vəziyyətindədir”



İran Prezidenti Masoud Pezeshkian ölkə rəhbərliyinə və dövlət qurumlarına sərt mesaj göndərərək, İranın ciddi böhran və faktiki müharibə şəraitində olduğunu etiraf edib.

Tehranda keçirilən toplantıda çıxış edən Pezeşkian bildirib ki, rəsmi şəxslər artıq xalqa “hər şey qaydasındadır” görüntüsü yaratmaqdan imtina etməlidirlər. Onun sözlərinə görə, ölkənin strateji obyektləri, o cümlədən elektrik stansiyaları, neft-kimya müəssisələri və sənaye kompleksləri hücumlara məruz qalır.

İran lideri düşmənin yalnız hərbi hədəfləri deyil, yüksək vəzifəli şəxsləri, komandirləri və hətta mülki insanları hədəfə aldığını vurğulayıb. O, mövcud vəziyyəti “ağır müharibə nizamı” kimi xarakterizə edərək dövlət strukturlarının tam səfərbər olunmasının vacibliyini bildirib.

Pezeşkian çıxışında İran daxilində saxta rifah görüntüsü yaradılmasını da kəskin tənqid edib:

“Əgər müharibə şəraitindəyiksə, bunu xalqdan gizlədə bilmərik. İnsanlarla dürüst danışmaq lazımdır”, – deyə prezident bəyan edib.

Ekspertlər hesab edirlər ki, bu çıxış son illərdə İran rəhbərliyindən səslənən ən açıq və ən sərt etiraflardan biridir. Çünki Tehran ilk dəfədir daxili auditoriyaya qarşı böhranın və təhlükənin miqyasını bu qədər açıq şəkildə qəbul edir.



Chosen
17
aia.az

1Sources