EN

Dünənki imtahana gecikənlərin nəzərinə! – Bu tarixdə təkrar keçiriləcək


Əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində 14 iyun 2026-cı il tarixində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, ​17 may tarixində Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərlərinin bəzi yerlərində imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunub. Yaranmış vəziyyət nəzərə alınaraq imtahan mərkəzlərinə rəhbər heyət yola salınmazdan əvvəl aşağıdakı göstərişlər verilib:
​İmtahana gecikən iştirakçıların təlimatda nəzərdə tutulmuş saat 09:45 əvəzinə ən gec saat 10:00-dək imtahan binasına buraxılması; ​
İmtahanın başlanma vaxtının saat 10:00-dan saat 10:15-ə dəyişdirilməsi.
​Saat 10:00-dan etibarən imtahan qərargahına daxil olan məlumatlara əsasən, imtahan binalarının iştirakçılarala dolma dərəcəsinin 80–90% təşkil etdiyi müəyyən edilib. Bununla əlaqədar gecikən bütün iştirakçıların imtahana buraxılması və imtahanın saat 10:30-da başlanması barədə əlavə qərar qəbul edilib.
​Nəticədə  Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərləri üzrə bütün 78 imtahan binasında imtahan mütəşəkkil qaydada keçirilmiş və iştirakçıların imtahana başlaması saat 10:30–10:45 intervalında təmin olunub.
​Xatırladaq ki, həmin regionlar üzrə qeydiyyatdan keçmiş 19746 iştirakçıdan ilkin məlumatlara əsasən, təxminən 17912 nəfəri imtahanda iştirak etmişdir. Bu da nəzərdə tutulan ümumi sayın 90,7%-ni təşkil edir.
​Bakalavrların diqqətinə çatdırırıq ki, əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində 14 iyun 2026-cı il tarixində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək. Bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar iştirak edə bilərlər. Həmin bakalavrlar 21-23 may tarixlərində Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər.
Chosen
1
38
yeniavaz.com

10Sources