EN

Diplomatik mənbə: ABŞ-nin İranda hərbi əməliyyatları bərpa etmək ehtimalı artıb

BAKI, 18 may. TELEQRAF

ABŞ-nin İranda hərbi əməliyyatları bərpa etmək ehtimalı artıb.

Teleqraf xəbər verir ki, bu barədə BƏƏ-nin “Aram News” agentliyi ABŞ-nin rəsmi mənbələrinə istinadla məlumat yayıb.

Mənbələr bildiriblər ki, durğunluq və çıxılmaz vəziyyət Tehranla Vaşinqton arasındakı diplomatik prosesə kölgə salıb və bu, ABŞ-nin hərbi əməliyyatları bərpa etmək ehtimalını artırıb.

Agentlik qeyd edib ki, regional vasitəçilərin yeni təşəbbüslərinin olmaması gərginliyin yenidən artmasına və İrana qarşı hərbi kampaniyanın yenidən başlamasına zəmin yaradıb.

Chosen
17
teleqraf.com

1Sources