EN

Emin Ağalarov: “Sea Breeze” müasir şəhər inkişafının parlaq nümunələrindən birinə çevrilib

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) COP29-dan bəri Azərbaycan üçün ən əhəmiyyətli beynəlxalq tədbirlərdən biridir. Forumda dünyanın hər yerindən on minlərlə iştirakçı, o cümlədən dövlət başçıları, beynəlxalq təşkilatların nümayəndələri və şəhər mütəxəssisləri iştirak edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov WUF13-dəki “Sea Breeze” pavilyonunda jurnalistlərə bildirib.

O qeyd edib ki, forum şəhərlərin inkişafına və dayanıqlı şəhər mühitinə müasir yanaşmaları nümayiş etdirmək üçün vacib platformaya çevrilib.

“Bu gün “Sea Breeze” yeni, ekoloji cəhətdən təmiz və rahat şəhərlərin necə yaradıla biləcəyinin parlaq nümunəsidir. Forum sayəsində layihəni geniş beynəlxalq auditoriyaya təqdim etmək, Baş planı, modelləri və inkişaf konsepsiyasını nümayiş etdirmək imkanı əldə etdik”, - deyə E. Ağalarov vurğulayıb.

O, forum iştirakçılarının “Sea Breeze” pavilyonuna olan böyük marağını diqqətə çatdırıb.
 

Sahibkar layihə çərçivəsində artıq bir neçə milyon kvadratmetr daşınmaz əmlakın tikilib istifadəyə verildiyini, daha 4 milyon kvadratmetr ərazinin isə tikilməkdə olduğunu bildirib.


O əlavə edib: “Biz aparıcı beynəlxalq memarlarla işləməyə davam edirik və “Sea Breeze”in gələcək sakinlərinin və qonaqlarının həyatının maksimum dərəcədə rahat olmasını təmin etməyə diqqət yetiririk”.

“Agalarov Development” şirkətinin prezidentinin sözlərinə görə, yay mövsümü ərəfəsində “Sea Breeze” gəzinti sahələrini genişləndirərək yaşıl məkanların, üzgüçülük hovuzlarının və infrastruktur obyektlərinin sayını artırıb.

E. Ağalarov əlavə edib: “İnsanların burada özlərini rahat hiss etmələri, yüksəksəviyyəli xidmət almaları, ekoloji cəhətdən təmiz və yaxşı dizayn edilmiş bir mühitdə olmaları bizim üçün vacibdir”.

Bizim.Media

Chosen
3
5
bizim.media

6Sources