ain.az bildirir, Qol.az saytına əsaslanaraq.
“Real”da Karvahal dövrü bitir - Rəsmən açıqlandı
Madrid “Real”ı kapitanı Dani Karvahalın mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Real” bəyanatında 34 yaşlı müdafiəçiyə təşəkkür edib: “Real” klubumuzun və dünya futbolunun ən böyük əfsanələrindən birinə minnətdarlığını və sevgisini bildirir”.
Karvahal 2002-ci ildə, 10 yaşında Madrid klubunun akademiyasına qoşulub. İspaniyalı futbolçu əsas komandada isə 2013-cü ildən çıxış edirdi. O, “kral klubu” ilə ümumilikdə 27 titul qazanıb. Bunların sırasında 6 UEFA Çempionlar Liqası və 4 La Liqa çempionluğu da var.
Təcrübəli müdafiəçi “Real”ın heyətində bütün turnirlərdə 450 oyuna çıxıb, 14 qol vurub və 65 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Karvahalın Madrid təmsilçisi ilə müqaviləsi 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.