EN

Beynəlxalq Əfv Təşkilatı: 2025-ci ildə edamlar üzrə 44 illik rekord qırılıb

BAKI, 18 may. TELEQRAF

Beynəlxalq Əfv Təşkilatı (BƏT) 2025-ci ildə edamların sayının son 44 ildə ən yüksək həddə çatdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, təşkilatın “Ölüm hökmləri və edamlar 2025” adlı illik hesabatında 17 ölkədə ümumilikdə 2707 nəfərin edam edildiyi bildirilir.

Hesabatda deyilir ki, edamların kəskin artması əsasən müvafiq hökumətlərin siyasi qərarları bağlıdır. Artımda böyük paya sahib İran 2025-ci ildə ən azı 2159 nəfəri edam edib, bu da bir il əvvəlki rəqəmdən iki dəfə çoxdur.

BƏT baş katibi Aqnes Kallamard deyir ki, qlobal miqyasda ölüm hökmünün ləğvinə doğru meyl olsa da, həyəcanverici artım ölüm hökmünü tətbiq etməyə davam edən kiçik bir qrupun hərəkətləri ilə bağlıdır.

Chosen
15
teleqraf.com

1Sources