EN

Çində 5,2 bal gücündə zəlzələ baş verib   

7 mindən çox insan təxliyə edilib

Çin Xalq Respublikasının cənubunda terləşən Guangxi Zhuang muxtar bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Guangxi Zhuang Muxtar Bölgəsinin Liujou qəzasında olub.

Çin mediası xəbər verir ki, qəzanın mərkəzində zəlzələ nəticəsində 10-dan çox bina zədələnib və ya dağılıb. İlkin məlumatlara görə, 2 nəfər ölüb, 4 nəfər yaralanıb, bir nəfər isə itkin düşüb. Afterşok riski səbəbindən 7000-dən çox insanın evlərindən təxliyə edildiyi bildirilir.

Liujoda və ətrafında dəmir yolu xətlərində qatarların hərəkəti zərərin qiymətləndirilməsi üçün dayandırılıb. Bu isə nəqliyyatda fasilələrə səbəb olub. Lakin rabitə, elektrik, su və qaz xətləri normal işləyir.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

1Sources