EN

Qorxmaz İbrahimli: “Bu il yağıntılar boldur, yaxşıdır...”

“Bir neçə ildən bir təkrarlanan may ayını yaşayırıq. Normaldır. On-on beş ildə bir dəfə təkrarlanan dəyişiklikdir, narahat olmağa dəyməz. Ölkəmizin müxtəlif ərazilərində - Naxçıvanda, Böyük və Kiçik Qafqazın, demək olar, hər yerində yağıntılar var. Torpağımız bundan faydalanır, yaşıllıq artır. Çox gözəldir. Qarşıda bizi isti yay günləri gözləyir. İsti yay günlərinə hazırlanmaq lazımdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib.

 

Ekoloqun sözlərinə görə, yağıntıların may ayında normadan artıq olması tamamilə anormal iqlim dəyişikliyi demək deyil: “Hər şey normaldır və öz çərçivəsində davam edir. Baharda yağıntıların olmasını problemə çevirməyə gərək yoxdur. Bizim ölkəmizdə bu il yağıntılar boldur, yaxşıdır. "Bakı şəhəri buna hazır deyil" və başqa cür yozub iqlim dəyişikliyinə faktura kəsmək də düzgün olmaz”.

 

Aytəkin Qardaşova

Tarix: 18 May 2026, 15:54   
Chosen
31
pravda.az

1Sources