BAKI, 18 may. TELEQRAF
Bakı həqiqətən də bir ölkənin zəngin irsini qoruyaraq eyni zamanda innovasiya və tərəqqini necə mənimsəyə biləcəyinin parlaq simvoludur.
Teleqraf xəbər verir ki, bu barədə Esvatini Kralı Əlahəzrət III Msvati Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi çərçivəsində Liderlər Sammiti zamanı bildirib.
“Biz sizin böyük ölkənizdə baş verən möhtəşəm inkişafı və modernləşməni görməkdən çox məmnunuq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan hökumətinə bu gözəl Bakı şəhərində mənə və bütün nümayəndə heyətimə göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm”.