EN

Esvatini Kralı: Bakıya gəlmək və WUF13-də çıxış etmək şərəfdir

Bakıya gəlmək və WUF13-də çıxış etmək şərəfdir.Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Esvatini Kralı Əlahəzrət III Msvati WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.Onun sözlərinə görə, bu, bizim zamanımızın ən böyük məsuliyyətini əks etdirir:"Dünyanın bir çox yerlərində insanlar mənzil problemindən və iqtisadiyyatın tənəzülündən əziyyət çəkirlər. Mövcud problem həm inkişaf etmiş, həm də inkişafda olan dövlətlərdə yaşanır. Başa düşməliyik ki, güclü ev ilk növbədə bir-birini qorumaq qabiliyyəti ilə ölçülür".Esvatini Kralı əlavə edib ki, keçən il 2030-cu il strategiyasına start verilib:"Bununla da bütün krallığın yaşayış mühitini yaxşılaşdırdıq".

Chosen
18
1
missiya.az

2Sources